Nəsimi rayonunda ərik ağacının qanunsuz kəsilməsi faktı aşkarlanıb
Bakı, 5 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayəti Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar.
Departamentdən AZƏRTAC-a verilən məlumata əsasən, həmin ünvana keçirilən baxış zamanı diametri 16 santimetr olan yaşköküstə bir ərik ağacının tikinti işləri aparılan zaman kəsildiyi və təbiətə 900 manat ziyan dəydiyi məlum olub.
Faktla bağlı Nəsimi rayon 31 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Vidadi Həsənov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib. Tikintinin dayandırılması üçün Bakı şəhər və Nəsimi rayon icra hakimiyyətlərinə telefonoqram göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]