Nəsimi rayonunda quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 11 mart, AZƏRTAC
Nəsimi rayonunda kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev martın 10-da 20-ci polis bölməsinə müraciət edərək martın 8-də evinə gəlmiş üç nəfər tərəfindən döyüldüyünü, 1900 manat pulunun və avtomobilinin açarının alındığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb.
Quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncədə müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.