Niderland sahillərində göyərtəsində 3 min avtomobil olan gəmi yanır
Bakı, 26 iyul, AZƏRTAC
Şimal dənizində Ameland şəhərindən 27 kilometr şimalda yük gəmisində yanğın baş verib. Yanğın nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, Niderlandın sahil mühafizə xidməti yanan gəminin ekipajının helikopter və xilasetmə qayıqları ilə təxliyə edildiyini bildirib.
Qurumdan verilən məlumata görə, yerli vaxtla təxminən gecə yarısı “Fremantle Highway” gəmisində yanğın başlayıb. Həmin vaxt gəminin göyərtəsində 23 ekipaj üzvü olub. Dənizçilər yanğını öz gücləri ilə söndürməyə cəhd etsələr də buna nail olmayıblar.
Yanğının baş verdiyi “Fremantle Highway” gəmisi Almaniyadan Misirə 3 min avtomobil daşıyırmış. İlkin məlumata görə, yanğın gəminin daşıdığı yüklərin arasında olan 25 elektromobildən birində başlayıb.
Xilasedicilər hazırda yanğını söndürməyə və Şimal dənizində ekipajsız dreyf edən gəminin batmasının qarşısını almağa çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]