NİTSEDƏ KEÇİRİLƏN 18-Cİ BEYNƏLXALQ ŞAHMATTURNİRİNİN 2-Cİ TURU BAŞA ÇATMIŞDIR
Bakı, 16 mart (AZƏRTAC). Nitsedə keçirilən “Amber” 18-ci beynəlxalq şahmat turnirinin 2-ci mərhələsi başa çatmışdır. Yarışlarda Azərbaycanın idman şərəfini beynəlxalq qrossmeyster Teymur Rəcəbov qoruyur.
T.Rəcəbovla yanaşı turnirdə Veselin Topalov, Vişvanatan Anand, Vasili İvançuk, Maqnus Karlsen, Aleksandr Morozeviç, Vladimir Kramnik, Peter Leko, Levon Aronzy, Vanq Yu, Qata Kamski və Sergey Karyagin iştirak edirlər. Dünyanın 12 aparıcı qrossmeysteri bir-biri ilə 1 sürətli (rapid) və 1 gözübağlı partiya keçirir.
2-ci mərhələdə gözübağlı partiyalarda aşağıdakı nəticələr əldə edilmişdir: Morozeviç-Vanq Yu-1:0, Leko-Aronyan-1:0, Topalov-Karyagin-1:0, Kramnik-Rəcəbov-1:0, heç-heçə partiyalarda İvançuk-Karlsen, Kamski-Anand.
Rapid partiyalarının nəticələri: Aronyan-Leko-1:0, Anand-Kramski-1:0, Vanq Yu-Morozeviç-0:1, Karyagin-Topalov-1:0, heç-heçə görüşlərdə Rəcəbov-Kramnik, Karlsen-İvançuk.
2-ci turun nəticələrinə görə, Morozoviç və Aronyanın aktivində 3 xalı, Kramnik, Anand - 2,5, Leko, Karlsen, Topalov, Karyagin - hərəsi 2 xal, Kamski, Rəcəbov - 1,5 xal, Vanq Yu, İvançuk - 1 xalı vardır.
3-cü turda Rəcəbov Morozoviçlə, Aronyan Kamski ilə, Karyagin Kramniklə, Anond Karlsenlə, Vanq Yu Topalovla, Leko İvançukla görüşəcəkdir.