Növbəti “Novruz mühazirəsi” Qazaxda keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” mövzusunda ikinci “Novruz mühazirəsi” keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mühazirəni akademik Nizami Cəfərov təqdim edəcək.
Mühazirədə Qazax Müəllimlər Seminariyasının Azərbaycanın maarif tarixində oynadığı rol, fəaliyyəti, tanınmış yetirmələri barədə ətraflı məlumat veriləcək.
Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə Milli Məclisin deputatları, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [19:57]
ADPU-nun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
- 18.06.2026 [17:53]