Novosibirskdə partlayış nəticəsində binanın bir girişi dağılıb VİDEO
Moskva, 9 fevral, AZƏRTAC
Rusiyanın Novosibirsk vilayətinin Zayeltsevsk rayonunda baş verən partlayış nəticəsində beşmərtəbəli binanın bir girişi dağılıb.
AZƏRTAC xəbər verir ki, binadan 50 sakin təxliyə olunub. Partlayışdan sonra hadisə yerində yanğın başlayıb.
Binanın dağılan girişində 15 mənzil olub. Partlayış üçüncü mərtəbədəki mənzildə qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]