Azərbaycan Dövlət İnformasiya Agentliyi

O torpaqlara qayıdacağımıza inamımız gündən-günə artır - MÜSAHİBƏ

O torpaqlara qayıdacağımıza inamımız gündən-günə artır -  MÜSAHİBƏ

Bakı, 13 avqust, Ceyhun Xəlilov, AZƏRTAC

Zaman keçsə də bəzi illər, bəzi yerlər yaddaşdan silinmir. İrəvan da, İrəvanlı günlər də belə xatirələrdəndir– bir dövr orada yaşayan insanlar üçün yalnız coğrafi məkan deyil, həm də həyatlarının bir parçasıdır.

İrəvan sakini, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə həmin xatirələri illərdir ki, özü ilə daşıyır. Onun “İrəvan – tariximiz, torpağımız, taleyimiz” adlı fotoalbomu şəxsi yaddaşın vizual ifadəsidir. Albom təkcə şəkillər toplusu deyil, bir dövrün ovqatını əks etdirən sənədli salnamədir. AZƏRTAC-a müsahibəsində İradə xanım bu layihənin yaranma prosesindən, İrəvan şəhərinin onun həyatındakı yerindən və gələcək arzularından danışıb.

– İradə xanım, İrəvan şəhərinin tarixi və mədəni siması haqqında nə deyə bilərsiniz?

– İrəvan şəhəri yerləşdiyi coğrafi mövqe sayəsində həm Asiya, həm də Avropa mədəniyyətlərinin qovşağında yer alır, bu da onun zəngin və çoxşaxəli mədəni irsinin əsasını təşkil edir.

Şəhərin gündəlik həyatında ən önəmli rol məscidlərə, bazarlara, bağlara və təhsil müəssisələrinə məxsus idi. Tarixi mənbələr göstərir ki, İrəvanda vaxtilə səkkiz möhtəşəm məscid fəaliyyət göstərirdi, lakin bu gün onlardan yalnız Göy Məscid salamat qalıb. Bu məscidlər və digər tarixi-mədəni abidələr yalnız sənədlərdə deyil, həm də XVII-XIX əsrlərdə şəhəri ziyarət etmiş tanınmış xarici səyyahların və sənətkarların əsərlərində təsvir olunub. Məsələn, fransız səyyah Dubois de Montpéré, alman rəssam August von Aufhausen, rus sənədləşdirici Maşkov, Şopen və Şarden kimi tanınmış şəxslərin əsərlərində İrəvanın memarlığı, küçələri və məscidləri təsvir edilib.

Təhsil baxımından da İrəvan olduqca inkişaf etmiş bir şəhər olub. Gimnaziyalar, seminariyalar, müxtəlif məktəblər fəaliyyət göstərib. Xüsusilə qızlar üçün ayrılmış məktəblər şəhərin yüksək mədəni səviyyəsini və qadın təhsilinə verilən önəmi göstərib. İrəvan, həmçinin “Bağlar şəhəri” kimi məşhur olub. Şəhərin içində və ətrafında çoxsaylı bağlar yerləşib – “Dəlmə bağları”, “Dərə bağları”, “Şəhər bağları” və s. Uşaqlığım həmin bağların içində, onların ətrində keçib. Bu bağlarda yetişdirilən məhsullar təkcə yerli bazarlarda deyil, həm də müxtəlif bölgələrə, habelə İrana, Türkiyəyə, Rusiya ərazisinə (hətta məşhur Eliseevsky mağazasına) qədər ixrac olunub. İrandan tacirlər xüsusilə quru meyvə almağa gəliblər. İrəvanın bazarları həmişə canlı və rəngarəng olub. Müxtəlif bölgələrdən gələn tacirlər burada toplaşıb, ticarət edib, yeni xəbərlər və məlumatlar paylaşıblar.

Hər məhəllənin özünəməxsus həyatı, özünəməxsus insan münasibətləri və qaydaları olub. Elə məhəllələr var idi ki, ora həm mədəniyyətin, həm də birlik və həmrəyliyin qorunduğu məkan kimi qalırdı. Orada uşaqlıq illərimin ən dərin xatirələri, insanların gündəlik söhbətləri, bayramların ab-havası yaşayırdı. O yerlər illər keçsə də unudula bilməz.

– Yaddaşınızdan silinməyən o məkan haqqında bəhs edə bilərsinizmi?

– Əvvəlcə qeyd edim ki, İrəvanda məscidlər təkcə dini ibadət yerləri olmaqla qalmayıb, həm də insanların bir araya gəldiyi, bir-birindən xəbər aldığı, fikir mübadiləsi apardığı və bəzən mühüm qərarların qəbul edildiyi sosial-mədəni mərkəzlər kimi fəaliyyət göstərib. Xatirimdə ən çox qalan yerlərdən biri də məhəlləmizin yaxınlığında yerləşən məscid idi. Bura təkcə ibadət yeri deyildi, həm də insanların görüşdüyü, bayramlarda bir araya gəldiyi, çətin günlərdə bir-birinə dəstək olduğu bir mərkəz idi. Bu məscid şəhərin köhnə, özünəməxsus ruhunu qoruyub saxlayan nadir məkanlardan idi. Həmin məscid xalq arasında müxtəlif cür adlandırılsa da, rəsmi adı Dəmirbulaq məscidi idi.

Məscid müxtəlif zamanlarda dağıdılmağa cəhd olunsa da, uzun müddət qorunub saxlanmışdı. Memarlıq baxımından da məscid diqqət çəkirdi. Divarlarında arnavit üslubunda taxta bəzəklər vardı. Mənim şəxsi arxivimdə həmin dövrə aid çox qiymətli fotoşəkillər, hətta məscidin içindən çəkilmiş görüntü də var. Ancaq sonralar – biz orada olmayanda məscid söküldü. Lakin ona aid sənədlər və möhür Azərbaycana gətirilərək Qafqaz Müsəlmanları İdarəsinə təhvil verildi. Bu sənədlərdə əsasən Dəmirbulaq məscidinin yerləşdiyi ünvan, onun tarixi və ona dair digər rəsmi məlumatlar yer alır və bu gün Azərbaycanda onun sənədləri qorunur.

– Fotoşəkillərdən, arxivdən danışdınız. Bu barədə bir az daha ətraflı bəhs edə bilərsiniz?

– Mən bu mövzuya 1997–1998-ci illərdən maraq göstərməyə başlamışam. Hər bir vətəndaşın borcudur ki, doğulduğu torpağı tanısın, tarixini bilsin. Uşaq vaxtı atam mənə tariximiz barədə danışardı, istəyirdi ki, mən köklərimizi yaxşı öyrənim.

Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Onun çıxışlarını dinlədikdən sonra mən həmin işə daha ciddi yanaşmağa başladım. 2005-ci ildən bu sahədə sistemli fəaliyyət göstərirəm. Tarixçi deyiləm, amma maraqlanıram, araşdırıram, oxuyuram, məlumat toplayıram. Məni ən çox cəlb edən şeylərdən biri fotoşəkillərdir. Onlarla işləmək çox çətin və məsuliyyətlidir. Elələri var ki, çox qədim olduğundan əlcəklə toxunmaq lazımdır. Ancaq çətinliklə bərabər bu çox zövqvericidir, çünki şəkillər bizim üçün tarix, canlı yaddaşdır.

Mənim əsas məqsədim bu tarixi qorumaq və insanlara çatdırmaqdır. 2000-ci illərin əvvəllərində öz təşkilatımı qurmağa başladım, 2004-cü ildə təsis etdim və rəsmi qeydiyyatdan keçirdim. O vaxtdan bəri sosial sahədə fəal çalışıram.

Beynəlxalq təşkilatların üzvü kimi də çalışıram ki, təbliğatımız düzgün aparılsın, albomlar hazırlayım, sərgilər keçirim. Mədəniyyət Nazirliyinə müraciət etdim və İçərişəhərdə fotosərgi keçirmək istəyimi bildirdim. Bir həftə sonra müsbət cavab aldım. 2006-cı ildə İçərişəhərdəki Bədii Sərgi Salonunda “İrəvan – Torpağım, tarixim, taleyim mənim” adlı sərgini təşkil etdim. Bu sərgi üçün İsrafil Məmmədovun eyniadlı kitabı mənə ilham verdi. Sərgi ilkin üç gün üçün planlaşdırılmışdı, sonra tarixi əhəmiyyəti nəzərə alınaraq müddət dörd gün də əlavə olunaraq 1 həftəyə çatdırıldı. Sərgidə “İrəvan ziyalıları” adlı stend də vardı — Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Əziz Əliyev, Zərifə Budaqova, Vəcihə Səmədova və Səid Rüstəmov kimi tanınmış şəxsiyyətlərin şəkilləri təqdim olunurdu. Bu yolla insanlara İrəvanın azərbaycanlı ziyalıları xatırladılırdı.

Sərgidən sonra bir çox yeni əlaqələr yarandı. Məsələn, İrəvan xanlarının nəslinin nümayəndələri ilə tanış oldum - Abasquluxan İrəvanskinin nəticəsi Ofeliya Bağırbəyova mənimlə əlaqə saxladı, sonra Turhan Turqutla, Əmir Əli Sərdari ilə görüşlərim oldu və onlar da mənə qiymətli materiallar təqdim etdilər. Daha sonra Qərbi Azərbaycanın bütün bölgələrindən topladığım tarixi abidələr, mədəniyyət nümunələri ilə geniş sərgilər təşkil etdik.

İlk balaca sərgim, dediyim kimi, 2006-cı ildə baş tutdu, 2008-ci ildə isə Muzey Mərkəzində İçərişəhərdə “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” adlı fotosərgimi açdım. 2010-cu ildə “İrəvan danışır – canlı şahidlər” adlı sənədli film çəkdik və Muğam Mərkəzində təqdimatını keçirdik. Sonra düşündüm ki, bu şəkilləri sadəcə sərgilərlə məhdudlaşdırmaq olmaz, onları fotoalbom şəklində təqdim etmək daha məqsədəuyğundur. Çünki şəkil – tarixdir, o, özü danışır, özü sübutdur.

– Fotoalbomun hazırlanması prosesi necə baş verdi? Gələcəkdə bu barədə nə düşünürsünüz?

– Fotoalbomun rəyçisi, tarix üzrə fəlsəfə doktoru Nazim müəllimlə 1990-cı illərdə birgə işləmişdik. Onun da bu sahədə təcrübəsi var idi və mən onu Qərbi Azərbaycanla bağlı tədbirlərə çağırır, mövzunu müzakirə edirdim. Beləliklə, mən ona fotoalbomla bağlı planlarım barədə məlumat verdim, o da layihəmdə tarixi məsələlərlə bağlı dəstək olmağa razılaşdı və əməkdaşlıq etməyə başladı. Albom ilkin olaraq üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmışdı.

2023-cü ildə Azərbaycanda kitabın ilk versiyasının təqdimatını keçirdik və böyük bir fotosərgi təşkil edildi. Sonra Türkiyənin bir neçə şəhərində - İğdır, Kars, Kayseri və Bursada sərgilərimiz oldu. Daha sonra albom fransız dilinə tərcümə edildi və bununla bağlı Fransada konfrans keçirildi. 2024-cü ildə isə Brüsseldə və Niderlandda “Benilüks” Azərbaycan təşkilatı ilə birgə konfranslar təşkil etdik.

Bundan əlavə, Zəngəzur və qayıdış mövzularına dair həm Niderlandda, həm də Azərbaycanda beynəlxalq konfranslar keçirmişik. Tədbirlərimizdə yalnız azərbaycanlılar deyil, müxtəlif xalqlardan nümayəndələr iştirak edir. Məsələn, Niderlanddakı tədbirdə Baltikyanı ölkələrdən, Ukraynadan, İsraildən və digər yerlərdən dörd fərqli icmanın nümayəndələri qatılmışdı. Orada mən həyatımı sakit və emosiyalardan uzaq şəkildə, sadəcə uşaqlığımı, yaşadıqlarımı və itirdiklərimi izah etdim. Mənim həyat hekayəm iştirakçılara təsir etdi. Tədbirin sonunda bir niderlandlı xanım yaxınlaşıb dedi: “Xahiş edirəm, bu kitabı mənə verin”. O an anladım ki, missiyamı yerinə yetirmişəm.

Hazırda bu istiqamətdə fəaliyyətimiz davam edir. Gələcəkdə Avropanın digər ölkələrində sərgilər və təqdimatlar keçirmək niyyətindəyik. Əsas məqsədimiz Azərbaycan mədəniyyətini — geyimimizi, mətbəximizi, abidələrimizi dünyaya tanıtmaqdır. Kitabda tarixi abidələr və təhsil sahəsi ilə bağlı məlumatlar toplanıb, lakin mətbəx ayrıca şəkildə təqdim olunur. Bununla bağlı ayrıca kitab var və mən həmin kitabın ərsəyə gəlməsində iştirak etmişəm – özüm reseptlər vermişəm, xan nəsli ilə əlaqəyə keçərək onlardan məlumatlar almışam və s.

– Sizcə fotoalbomunuzun unikallığı və tarixi dəyəri nədədir?

– Fotoalbomun ən böyük dəyəri ondadır ki, oradakı şəkillər — tarixi abidələr, mədəniyyət nümunələri yalnız xarici mənbələrə aiddir. Qədim şəkillərin biri belə Azərbaycan mənşəli deyil. Bu da oxucuda dərin maraq və inam hissi yaradır.

– Gələcək üçün hansı ümidləriniz var və bu istiqamətdə ictimai birliklərin rolu barədə nə düşünürsünüz?

– Bizim o torpaqlara qayıtmağa inamımız gündən-günə daha da artır. Vətən müharibəsinə qədər Qarabağın azad olunacağına çoxları inanmırdı. Amma gördük ki, həm söz, həm də əməl var. İnanırıq ki, İrəvana və digər bölgələrə də mütləq qayıdacağıq, bu proses güclü diplomatiya ilə həyata keçiriləcək. Azərbaycanın diplomatik potensialı bu istiqamətdə kifayət qədər yüksəkdir. Qarabağın azad olunması isə bizə dayaq oldu.

Gələcək üçün çağırışım budur: hər azərbaycanlı bu istiqamətdə öz sahəsində bacardığını etməli, təşkilatlanmalı və məqsədyönlü fəaliyyət göstərməlidir. Bu, haqq və ədalət uğrunda atılan addımdır. Qayıdış bizim milli və insani borcumuzdur. O torpaqlarda çoxlu tarix, mədəniyyət, abidə və yaddaş var, bunları unutmaq olmaz! Biz qayıdışı daim gözümüzün önündə tutmalıyıq. Ümid edirəm ki, yaxın gələcəkdə sülh müqaviləsi də imzalanacaq.

Qayıdışın mümkünlüyünə inanıram və bilirəm ki, Prezidentimizin uzaqgörən siyasəti ilə bu gerçəkləşəcək. Mən hər zaman İrəvana qayıtmağa hazıram. Biz Prezidentin təşəbbüslərini - siyasətini hər zaman dəstəkləyirik və istəyirik ki, daimi sülh şəraitində yaşayaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb