“Ocaq” cəmiyyətinin saytı yenilənmişdir
Riqa, 18 aprel (AZƏRTAC). Riqada fəaliyyət göstərən “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti (Cəmiyyətin sədri Roman Əliyevdir) özünün www.odzag.lv saytını yeniləşdirmişdir.
Bu saytda Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi, Riqada yaşayan azərbaycanlıların və əslən Azərbaycandan olan sakinlərin mədəni həyatına kömək, maddi və mədəni həyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının uğurları, soydaşlarımızın konstitusion vətəndaş hüquqlarının müdafiəsi, Azərbaycan və Latviya xalqları arasında dostluq əlaqələrinin inkişafına kömək, iki ölkə arasında hərtərəfli iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi və s. məsələlərlə əlaqədar “Ocaq” cəmiyyətinin məqsəd və vəzifələri öz əksini tapmışdır.
Bu informasiya resursunun səhifələrində Azərbaycanın tarixi, onun ənənələri, mədəniyyəti və milli mətbəxi ilə tanış olmaq mümkündür. Burada həm Latviyanın, həm də Azərbaycanın mədəni və ictimai həyatı haqqında, hər iki ölkədə keçirilən müxtəlif müsabiqələr və reallaşdırılmış layihələr haqqında yenilikləri oxumaq imkanı vardır.
Lakin hələlik bu saytın bütün bölmələri açılmamışdır. Tezliklə yaradılması nəzərdə tutulan televiziya qrupu “Ocaq” cəmiyyəti tərəfindən təşkil edilən tədbirlərdən reportajlar çəkəcək və onları saytın “Ocaq-TV” bölməsində yerləşdirəcəkdir.
Saytın yenilənməsi üzrə işlər davam edir.
Xatırladaq ki, “Ocaq” cəmiyyəti 2005-ci ildə Riqada yaşayan Azərbaycan ziyalılarının fəal nümayəndələrinin təşəbbüsü ilə yaradılmışdır.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]