İDMAN
Olimpiadaya lisenziya verən güləş üzrə Avropa təsnifat turniri başlayıb
Bakı, 15 aprel, AZƏRTAC
Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma güləşçiləri mübarizə aparır. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. İlk gündə yığmamızın iki üzvü Olimpiya vəsiqəsi uğrunda yarışır.
57 kq (sərbəst)
1/8 final - Asadulla Laçinau (BLR) - Mahmud Məhəmmədov
66 kq (yunan-Roma)
1/16 final - Kamran Məmmədov - Dominik Etlinger (CRO)
İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [12:31]
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır
- 04.05.2024 [10:50]
Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək
- 04.05.2024 [10:31]
Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək
- 04.05.2024 [03:26]
Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək
- 03.05.2024 [23:10]