OLİMPİYA İDMAN KOMPLEKSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, həmin gün Prezident İlham Əliyev Naxçıvan Olimpiya İdman Kompleksi ilə tanış olmuşdur.
Bu kompleks 2002-ci ildə tikilmiş, sonradan respublika, beynəlxalq səviyyəli yarışların keçirilməsi məqsədi ilə burada yenidənqurma və genişləndirmə işləri aparılmışdır. İndi burada olimpiya idman növləri üzrə yarışların keçirilməsi üçün hər cür şərait yaradılmışdır. İdmançıların və şəhər ictimaiyyətinin arzusu ilə bu qurğuya dövlətimizin başçısının adı verilmişdir və indi İlham Əliyev adına Olimpiya İdman Kompleksi adlanır.
Prezident İlham Əliyev kompleksdə yenidənqurma və genişləndirmə işlərindən məmnunluğunu bildirdi və burada mühüm yarışların keçirilməsinin zəruriliyini vurğuladı.