Ölkə ərazisində quş ovuna bir aylıq qadağa qoyulmuşdur
Bakı, 3 dekabr (AZƏRTAC). Son günlər Türkiyədə, Honq-Konq və Gürcüstanda “quş qripi” xəstəliyinin (H5N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranmışdır.
Cənub-Şərqi Asiyadan Azərbaycana vəhşi quşların miqrasiya etməsi, Gürcüstan və Türkiyə Respublikalarının isə ölkəmizlə həmsərhəd olması xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dekabrın 1-dən ölkə ərazisində quş ovuna bir aylıq qadağa qoyulmuşdur.
Quş ovu üçün nazirliyin ərazi şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi dayandırılmışdır. Məsələ ilə əlaqədar yekun qərar qəbul olunması üçün “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası”na müraciət edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]