Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Respublikası vətəndaşlarının Suriya Ərəb Respublikasından repatriasiyası, bu şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.
Bildirilib ki, Ombudsman Aparatının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıblar.
Görüş zamanı qadın və uşaqların psixoloji durumu öyrənilib, Aparatın nümayəndələrinə onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib.
Xatırladaq ki, avqustun 3-də 13-ü uşaq, 3-ü qadın olmaqla, Suriyadan daha 16 nəfər Azərbaycana gətirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:38]
İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]