OPEC Konfransının növbəti iclası başlayıb
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də OPEC Konfransının 181-ci toplantısı videokonfrans formatında keçirilir.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, iclasda OPEC Konfransının prezidenti, Anqolanın mineral ehtiyatlar və neft naziri Diamantino Pedro Azevedo və OPEC-in Baş katibi Məhəmməd Barkindonun çıxışları dinlənilib.
Bu gün, həmçinin OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin 18-ci iclası videokonfransla təşkil ediləcək.
Xatırladaq ki, ötən ay keçirilən “OPEC+” nazirlərinin 17-cı videogörüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]