Azərbaycan Dövlət İnformasiya Agentliyi

Orta Dəhliz marşrutunda Azərbaycanın yeri və rolu

Orta Dəhliz marşrutunda Azərbaycanın yeri və rolu

Bakı, 29 noyabr, AZƏRTAC

Vətən müharibəsindən sonra beynəlxalq miqyasda ölkəmizə artan maraq özünü ölkə Prezidentinin xarici səfərlərində, eləcə də xarici ölkə rəhbərlərinin Azərbaycana artan səfərlərində göstərir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə qatılan iştirakçıların sayı və coğrafiyası da ölkəmizə artan marağın göstəricisi sayıla bilər. Bu günlərdə ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dünyanın müxtəlif bölgələrindən gəlmiş siyasətçilər, siyasi və iqtisadi təhlilçilər, araşdırmaçılar iştirak etdilər. Azərbaycan Prezidenti İlham Əliyev öz ənənəsinə sadiq qalaraq konfrans iştirakçıları qarşısında çıxış edib və onların suallarını cavablandırıb.

Bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Orta Dəhliz marşrutunda Azərbaycanın yeri və rolu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Prezidentə verilən suallar dünyadakı mövcud siyasi vəziyyət, iqtisadi çağırışlar, Cənubi Qafqaz bölgəsində təhlükəsizlik məsələləri ilə bağlı mövcud durum və bölgənin gələcəyinə baxış, eləcə də dünyanın ayrı-ayrı bölgələrində baş verən hərbi toqquşmalara ölkəmizin münasibətini əhatə edirdi. Prezident İlham Əliyev sualları cavablandırarkən Azərbaycanın daxili siyasət prioritetlərini açıqlayaraq bildirdi ki, “...güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir...”. Azərbaycan Prezidenti, həmçinin bildirdi ki, “...təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq...”.

Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyinin əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün əlverişli olduğunu və hazırda Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat yollarının kəsişmə nöqtəsinə çevrildiyini və eləcə də bu marşrutlar üzrə enerji resurslarının ötürülməsi üçün Orta dəhlizin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkə Prezidenti Azərbaycanda Dəniz Ticarəti Limanının, yeni hava limanlarının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması kimi layihələrin məhz Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı layihələr olduğunu bildirməklə Azərbaycanın bu istiqamətdə növbəti addımlar atacağını bəyan edib. Prezident, həmçinin Trans-Xəzər nəqliyyatının imkanlarından daha geniş istifadə etməyin mümkünlüyünü qeyd edib.

Prezident İlham Əliyev bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında təbii qaz təchizatının iki dəfə artırılması haqqında Anlaşma Memorandumunun imzalandığını bildirərək qeyd edib ki, “...bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var...” .

Ölkə Prezidenti bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr haqqında da konfrans iştirakçılarına məlumat verərək ölkəmizin bu istiqamətdə daha böyük enerji potensialına malik olduğunu bildirib.

Prezident İlham Əliyevə verilən suallar arasında Azərbaycanın bir sıra ölkələrlə ikitərəfli münasibətlərinə də toxunulub. Azərbaycanla İtaliya, Türkiyə, Pakistan, İran, İsrail və Fələstin arasında, eləcə də Ərəb Liqası ölkələri və Afrika qitəsi ölkələri ilə əlaqələr haqqında danışan Prezident İlham Əliyev Azərbaycanın bütün dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa açıq olduğunu diqqətə çatdırıb.

Konfrans iştirakçılarını maraqlandıran suallar həm də işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri bağlı olub. Otuz ilə yaxın müddət ərzində işğal altında qalmış şəhər və kəndlərimizin tamamilə dağıdıldığını, tarixi-mədəni abidələrimizin erməni vandalizminə məruz qaldığını diqqətə çatdıran Prezident İlham Əliyev hazırda Böyük Qayıdışı təmin etmək üçün həyata keçirilən layihələrdən danışıb. Dövlətimizin başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşayış məntəqələri müasir dünya elminin ən son nailiyyətləri əsasında yenidən qurulur və yaxın illərdə bu bölgələr dünyanın ən inkişaf etmiş yaşayış bölgəsinə çevriləcək.

Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev konfrans iştirakçılarına bu dəhlizin bölgə miqyaslı əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq münasibətlər sisteminə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini əsaslı şəkildə izah edib. Zəngəzur Dəhlizinin açılmasına qarşı çıxan İranın və Ermənistanın destruktiv fəaliyyətini şərh edən Azərbaycan Prezidenti diqqəti bu ölkələrdə əhalinin aşağı yaşayış səviyyəsinə, hər iki ölkədə hökm sürən iqtisadi tənəzzül vəziyyətinə yönəldərək, belə bir siyasətin perspektivinin olmadığını bəyan edib.

Müzakirələr elə bir yekdil fikirlə tamamlanıb ki, müasir dünya siyasi-hərbi və iqtisadi böhranla üz-üzədir, beynəlxalq təhlükəsizlik sisteminin ciddi islahatlara ehtiyacı var və mövcud şəraitin müsbət istiqamətə yönləndirilməsi üçün dünya birliyinin üzvləri münaqişələrdən imtina edərək qarşılıqlı əməkdaşlıq rejiminə keçməlidir. Azərbaycan Respublikası da öz daxili və xarici siyasətini məhz bu istiqamətdə qurur və bölgə miqyaslı əməkdaşlığı canlandırmaqla dünya miqyaslı əməkdaşlığa mühüm töhfələr vermək əzmindədir.

Hazırda dünyanın bir çox bölgələrində baş verən hərbi toqquşmalar və siyasi çəkişmələr dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Xüsusilə Rusiya ilə Ukrayna arasında baş verən müharibə və bunun nəticəsində Rusiya üzərinə qoyulan çoxsaylı sanksiyalar dünyanın müxtəlif bölgələri arasında beynəlxalq ticarəti və logistika əməliyyatlarını iflic vəziyyətinə salır. Belə bir şəraitdə dünya iqtisadiyyatının dayanıqlılığını təmin etmək üçün Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət kəsb edir və bu dəhliz üzərində yerləşən Azərbaycan üçün də yeni imkanlar yaranır. Davamlı iqtisadi inkişaf meyllərini və daxili sabitliyi qorumaqla və yeni yaranmış geosiyasi və geoiqtisadi şəraitdən faydalanmaqla Azərbaycan öz inkişafının yeni bir mərhələsinə adlamaq ərəfəsindədir. Belə bir zamanda ölkəmizin dünya miqyasında artan rolu və dünya dövlətləri arasında artan nüfuzu qürur hissi yaradır. Konfrans iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən aldığı təəssüratlar da bir daha bunu təsdiq etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb