Ötən il Lerikin istirahət mərkəzlərində min nəfərə yaxın xarici turist dincəlmişdir
Lerik, 10 yanvar (AZƏRTAC). Son illər Lerik rayonunda turizm sektorunun inkişafı sahəsində bir sıra uğurlar qazanılmışdır.
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq rayonun mənzərəli yerlərində inşa edilmiş “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Çənlibel”, “Xəyal”, “Həyat”, “Qala”, “Cənub”, “Möcüzə”, “Ağgöl” turizm və istirahət mərkəzlərində turistlərin dincəlmələri və mənalı istirahət etmələri üçün lazımi şərait yaradılmışdır.
Bu mərkəzlərdə eyni vaxtda 1000 nəfərə yaxın turistin dincəlməsi və istirahət etməsi üçün ən müasir standartlara uyğun şərait vardır.
Ötən il rayonun turizm və istirahət mərkəzlərində 7 min 945 nəfər turist dincəlmişdir. Onlardan 922 nəfəri xarici, yerdə qalanı isə yerli turistlər olmuşlar.
2013-cü ildə “Relax” turizm və istirahət mərkəzində “Akva-Park”, Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyində müasir kottec və otellərə malik “Cənub” turizm-istirahət mərkəzi istifadəyə verilmişdir.
“Relax” turizm və istirahət mərkəzində turistlərin istirahətinin daha rəngarəng keçməsi üçün yaxın gələcəkdə kanat yolunun çəkilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]