Ötən il “Porsche”nin mənfəəti 30 faiz azalıb
Berlin, 12 mart, AZƏRTAC
Dünyanın bahalı avtomobil markalarından olan “Porsche”nin mənfəəti ötən il kəskin şəkildə azalıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, mərkəzi ofisi “Ştutqart”da yerləşən avtomobil istehsalçısı illik mənfəətinin 30 faiz azalaraq 3,6 milyard avroya düşdüyünü açıqlayıb. Müqayisə üçün, şirkət 2023-cü ildə 5,2 milyard avro mənfəət əldə edib.
Şirkət bu geriləməni artan xərclər və Çin bazarındakı satışların əhəmiyyətli şəkildə azalması ilə əlaqələndirib. Ötən il avtomobil satışları 3 faiz azalaraq 310 min 700-ə düşüb. Azalma Çin bazarında 28 faiz təşkil edib.
Fevral ayında şirkət rəhbərliyində bir sıra dəyişikliklər olunduğu və iki əsas rəhbər şəxsin vəzifədən uzaqlaşdırıldığı açıqlanıb. Bundan əlavə, “Porsche” daxiliyanma mühərrikləri və “plug-in” hibridlərə yenidən daha çox sərmayə yatırmaq qərarına gəlib. “Porsche” rəhbərliyi 2029-cu ilə qədər 1900 iş yerini ixtisar edəcək. Şirkət 2025-ci ildə yeni modellər və qənaət proqramı ilə geriləmənin qarşısını almaq üçün 800 milyon avro sərmayə yatıracaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]