Ötən il Şərqi və Cənub-Şərqi Asiyada 116 ton memfetamin müsadirə edilib
Tokio,11 mart, AZƏRTAC
2018-ci ildə Şərqi və Cənub-Şərqi Asiyada hüquq mühafizə orqanları tərəfindən 116 ton memfetamin müsadirə edilib. Bir il əvvəl bu göstərici 82 tona bərabər idi.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) martın 11-də Banqkokda təqdim edilən hesabatında bildirilir. Qeyd edilib ki, son 18 ildə regionda memfetamin xeyli məşhurlaşıb. Müsadirə edilən narkotikin həcminin artması və qiymətinin düşməsi 2018-ci ildə Şərqi və Cənub-Şərqi Asiyada bu maddənin ehtiyatlarının artdığını deməyə əsas verir. Sənəddə, eyni zamanda, metamfetaminin geniş şəkildə yayıldığı ölkələrin adı açıqlanıb. Belə ki, 2008-ci ildə qadağan edilmiş bu maddə Cənubi Koreya, Yaponiya, Laos, Tailand və Filippində populyar olduğu halda, 2018-ci ildə həmin siyahıya Çin, Myanma, Kamboca, Malayziya, Sinqapur, Bruney və İndoneziyanın adları da əlavə olunub.
Ötən il ən çox metamfetamin Tailandda müsadirə edilib - 515 milyon həb. Bir il əvvəl isə həmin göstərici 240 milyon həb təşkil edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [18:52]