Ötən il Türkiyəni 600 min azərbaycanlı turist ziyarət etmişdir
Bakı, 26 yanvar (AZƏRTAC). Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğ üzrə müşavirliyi Bakıda qardaş ölkənin turizm imkanları ilə bağlı toplantı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən nümayəndələrinin iştirakı ilə təşkil edilən toplantıda qardaş ölkənin bu sahədəki təcrübəsi müzakirə olunmuşdur.
Türkiyəyə ziyarət edən azərbaycanlı turist sayını artırmaq məqsədilə keçirilən tədbirdə çıxış edənlər bildirilmişlər ki, ötən il 600 min azərbaycanlı turist qardaşı ölkənin ziyarət etmişdir. 2014-cü ildə isə bu rəqəmin artırılması planlaşdırılır.
Türkiyənin alternativ turizm sahələrindən bəhs olunan tədbirdə qardaş ölkədə səhiyyə və termal turizm sahələrinin inkişaf etdiyi xüsusilə qeyd edilmişdir.
Toplantıda azərbaycanlı turistlərin sayını artırmaq məqsədilə gələcəkdə mədəniyyət sahəsində tədbirlərin həyata keçiriləcəyi də diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]