Özbəkistanda peyvənd olunanların sayı 500 mini ötüb
Daşkənd, 23 aprel, AZƏRTAC
Bu günə qədər Özbəkistanda COVID-19 virusuna qarşı 510 min 329 nəfər peyvənd olunub.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, vaksinasiyadan sonra bəzilərində hərarətin qalxması, başda və bədənin ayrı-ayrı yerlərində ağrılar, zəifliklə müşahidə olunub.
Ölkədə vaksinasiya aprelin 1-də başlayıb, əhalinin peyvənd olunması üçün hələ ki, “AstraZeneca” və Özbəkistanın da həmmüəllifi olduğu Çinin ZF-UZ-VAK2001 vaksinindən istifadə edilir.
Əhalini vaksinasiya etmək üçün respublikada ümumilikdə 3138 peyvənd otağı və 820 mobil briqada yaradılıb.
Xəbər verdiyimiz kimi vaksin birinci növbədə yaşı 65-dən yuxarı olan vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda olanlara vurulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]