Pakistan XİN: Hindistanla nüvə müharibəsi qarşılıqlı məhvetməyə gətirib çıxara bilər
Bakı, 1 mart, AZƏRTAC
Pakistanla Hindistan arasında nüvə müharibəsi hər iki ölkənin məhvi ilə nəticələnə bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi CNN telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, İslamabad Hindistanla gərginliyin azaldılması üçün Rusiyanın vasitəçilik təklifinə razıdır.
Qeyd edək ki, fevralın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın iki ölkə arasında münasibətlərin nizamlanması üçün Pakistan və Hindistana danışıqlar meydançası təklif etməyə hazır olduğunu bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]