Pakistanda avqust ayında 59 terror aktı törədilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Pakistanda terror hücumlarının sayı artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dawn qəzeti Pakistan Sülh və Diplomatik Araşdırmaları İnstitutuna istinadla məlumat yayıb.
İnstitutun məlumatına görə, 2024-cü ilin avqustunda terror aktlarının sayı 59–a çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 fakt çoxdur. Ən çox terror hücumları Xeyber-Paxtunxva (29) və Bəlucistan (28) əyalətlərində qeydə alınıb. Daha iki terror aktı Pəncabda törədilib. Ekstremist qrupların hücumları nəticəsində azı 84 nəfər həlak olub, 166 nəfər yaralanıb.
Hesabat dövründə ölkədə 12 antiterror əməliyyatı həyata keçirilib və 88 silahlı məhv edilib. Terrorçularla toqquşmalarda 15 hərbçi və 3 polis əməkdaşı həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]