Parisdə Xocalı faciəsinin ildönümü ilə bağlı etiraz aksiyası keçirilmişdir
Paris, 26 fevral (AZƏRTAC). Fransada fəaliyyət göstərən Azərbaycan-Gənclik Assosiasiyasının təşəbbüsü və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə fevralın 25-də Parisin Şatle meydanında XX əsr tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilmişdir. Aksiyaya Parisdə və digər şəhərlərdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, diasporumuzun nümayəndələri də qoşulmuşlar.
Uç saatdan artıq davam edən tədbirdə Xocalı faciəsi ilə bağlı şüarlar səsləndirilmiş, bütün dünyada keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi açılmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri Fransa və dünya ictimaiyyətinə çatdırmaq, 19 il əvvəl fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 7 minlik əhalisi olan Xocalı şəhərinə xaincəsinə soxulmuş ermənilərin insanlığa yaraşmayan vəhşiliklər törədərək dinc və günahsız insanlara amansızlıqla divan tutmasını əks etdirən maarifləndirici materiallar - Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən buraxılmış kitablar, broşürlər və digər əyani vəsaitlər paytaxt sakinlərinə və qonaqlara paylanmışdır.
Xocalı soyqırımını təsdiq edən imzalar toplanaraq Fransa Milli Assambleyasına təqdim edilmişdir.
Aksiya iştirakçılarının “Xocalıya ədalət!”, “Qarabağa azadlıq!”, “İşğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilməlidir” və digər şüarların səsləndirildiyi tədbir Fransadakı Ermənistan səfirliyi binasının qarşısına yürüşlə başa çatmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
######
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]



