Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pekində AzərTAc-ın saytının Çin dili versiyasının təqdimatı olub VİDEO

17 dekabr, Pekin, AZƏRTAC

Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində AZƏRTAC-ın internet səhifəsinin Çin dili versiyasının təqdimat mərasimi və “Azərbaycan-Çin münasibətlərinə AZƏRTAC-ın fotoobyektivindən baxış” mövzusunda fotosərgi keçirilib.

Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının ev sahibliyi etdiyi mərasim Azərbaycanın Çindəki səfirliyi və AZƏRTAC tərəfindən təşkil olub. Təqdimat mərasimində Çin Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Mətbuat, Nəşriyyat, Radio, Film və Televiziya üzrə Dövlət Administrasiyasının, Kommersiya, Mədəniyyət və Təhsil nazirliklərinin, yerli KİV-lərin, o cümlədən Sinxua agentliyinin, Çin Mərkəzi Televiziyasının (CCTV), “Renmin Ribao” rəsmi qəzetinin, Çin Beynəlxalq Radiosunun nümayəndələri, nüfuzlu araşdırma və tədqiqat mərkəzlərinin, ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə müstəqillik dövründə Azərbaycan-Çin münasibətlərində baş verən ən mühüm hadisələri əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə AZƏRTAC-ın arxivindən götürülmüş və ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Çinə səfərlərinə, Bakıda bu ölkənin nümayəndə heyətləri ilə görüşlərinə, habelə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrinə dair 100-ə yaxın fotoşəkil nümayiş olunur.

Çinin Xarici Ölkələrlə Dostluq Assosiasiyasının sədr müavini Li Cianpin ölkələrimizin tarixən sıx dostluq münasibətlərinə malik olduqlarını qeyd edib. O, AZƏRTAC-ın saytının Çin dili versiyasının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Əsası hələ qədim İpək yolu ilə qoyulan münasibətlərimizin Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yeni forma və məzmun kəsb etdiyini diqqətə çatdıran Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov əlaqələrimizin dövlət başçılarının iradəsi ilə hazırda sürətlə genişləndiyini deyib. Bildirilib ki, ötən müddətdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə səmərəli əməkdaşlıq qurulub. AZƏRTAC-ın Çin dilində informasiya yayması isə xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Sinxuanetin vitse-prezidenti Vanq Cinfu AZƏRTAC ilə əməkdaşlıq əlaqələrindən söz açaraq, hər iki agentliyin müasir informasiya texnologiyalarından istifadə edərək öz auditoriyalarını genişləndirdiklərini bildirib. O, azərbaycanlı həmkarlarının bu təşəbbüsünün ölkələrimizlə yanaşı, milli xəbər agentlikləri arasında da əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Vanq Cinfu AZƏRTAC-ın fəaliyyəti ilə yaxından tanış olduqlarını bildirib, agentliyin son illərdə bir çox innovasiyalar tətbiq etməsini yüksək dəyərləndirib. Sinxuanın təşəbbüsü ilə həyata keçirilən layihələrə AZƏRTAC-ın dəstəyinin əhəmiyyətini vurğulayan vitse-prezident agentliklər arasında əlaqələrin daha da genişlənməsinə tərəfdar olduğunu deyib. Bildirib ki, AZƏRTAC-ın Çin dilində xəbərlər yayması ölkə ictimaiyyətinə inkişaf edən Azərbaycan barədə ilk mənbədən məlumat əldə etmək imkanı yaradır.

Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini Li Cinfenq Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının Çində maraq doğurduğunu diqqətə çatdırıb. O, ölkənin rəsmi xəbər agentliyi olan AZƏRTAC-ın saytının Çin dili versiyasının yaradılmasını inkişaf edən Azərbaycan haqqında xəbərlər əldə etmək baxımından dəyərli hadisə kimi səciyyələndirib.

Azərbaycana bir neçə dəfə səfər etdiyini bildirən Çin Mincu Universitetinin professoru Xu Genxua ölkəmizdə müşahidə etdiyi inkişafdan danışaraq, AZƏRTAC-ın Çin dilində xəbər yaymasının çox milyonluq auditoriya üçün əlverişli imkan olduğunu vurğulayıb.

AZƏRTAC-ın Çindəki xüsusi müxbiri Şahin Cəfərov agentliyin Baş direktoru Aslan Aslanovun təbrik məktubunu oxuyub. Sonra AZƏRTAC, o cümlədən agentliyin saytının Çin dili versiyası haqqında məlumat verib. Bildirilib ki, ölkənin aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi olan AZƏRTAC-ın Çin dilində informasiya yayması izləyici dairəsini genişləndirməklə yanaşı, Çin ictimaiyyətini ölkəmizdə baş verən proseslər barədə etibarlı xəbərlə təmin etmək baxımından xüsusi önəm daşıyır. Belə ki, Çin kütləvi informasiya vasitələri Azərbaycan barədə məlumatları əsasən digər ölkələrin mətbuatı vasitəsilə əldə etdiyindən bəzən təhrif hallarına rast gəlinirdi. AZƏRTAC-ın Çin dilindəki xəbərləri bu problemi aradan qaldıracaq.

Ş.Cəfərov təmsil etdiyi qurumun beynəlxalq əlaqələrinə toxunaraq bildirib ki, AZƏRTAC 100-ə qədər ölkənin informasiya agentlikləri ilə çox səmərəli əməkdaşlıq qurub və 30-dan artıq ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb. Bir neçə regional və beynəlxalq media qurumlarında uğurla təmsil olunur. AZƏRTAC iki nüfuzlu media qurumunun - Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının (OANA) və Xəbər Agentliklərinin V Dünya Konqresinin iclaslarının 2016-cı ildə Azərbaycanda keçirilməsi hüququnu əldə edib. Agentlik, eyni zamanda, 2016-2019-cu illərdə OANA-ya və Xəbər Agentliklərinin Dünya Konqresinə sədrlik edəcək. Bütün bu uğurlar AZƏRTAC-ın beynəlxalq media məkanında geniş fəaliyyətinin məntiqi nəticəsidir.

Pekində AzərTAc-ın saytının Çin dili versiyasının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb