Peskov: Rusiya Ukrayna ilə hava atəşkəsi barədə razılıq əldə etməyib
Moskva, 29 avqust, AZƏRTAC
Moskva Kiyevlə hava atəşkəsinin tətbiqi barədə heç bir razılıq əldə etməyib.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. O, bildirib ki, bu mövzuda heç bir razılıq əldə olunmayıb:
“Bir daha təkrar edirəm: nizamlanmaya doğru yol axtarışları çərçivəsində müzakirə oluna biləcək hər bir məsələ diskret rejimdə aparılmalıdır”.
Xatırladaq ki, bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada nizamlanmanın hava atəşkəsinin tətbiqindən başlaya biləcəyini ehtimal etmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]