Peskov: Türkiyə görünməmiş təzyiqə məruz qalsa da, suverenliyini qoruyub saxlayır
Moskva, 2 fevral, AZƏRTAC
Türkiyə görünməmiş təzyiqlərə məruz qalsa da, suverenliyini qoruyub saxlayır.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir. “Putin və Ərdoğan bu barədə çoxdan razılığa gəlmişdilər. Onlar mütəmadi ünsiyyətdə olurlar, tez-tez telefonla danışırlar, ildə bir neçə dəfə şəxsən görüşürlər”, - deyə Peskov qeyd edib.
Kremlin sözçüsü Putinin Türkiyə səfəri zamanı ikitərəfli münasibətlərin, ticarət-iqtisadi əlaqələrin, regional məsələlərin və Ukrayna böhranının müzakirə olunacağını da diqqətə çatdırıb.
“Türkiyə müstəqil və prinsipial mövqe tutan az ölkələrdən biridir. Bizimlə ticarət-iqtisadi kooperasiya qurmaqda davam edir”, - deyən D.Peskov Türkiyənin görünməmiş təzyiqə məruz qalmasına baxmayaraq, suverenliyini qoruyub saxladığını vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]