Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polad Bülbüloğlu: 20 Yanvar hadisəsi bütün bəşəriyyət üçün ciddi dərsdir

Moskva, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə səfir Polad Bülbüloğlu, səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Türkiyə, Qazaxıstan, Özbəkistan və Moldovanın səfirləri, Pakistan, İsrail, Qırğızıstan və Moskvada akkreditə olunmuş digər diplomatik missiyaların diplomatları, Rusiya ictimaiyyətinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və diasporumuzun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi və 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Polad Bülbüloğlu bildirib ki, 33 il əvvəl Bakıda dəhşətli faciə baş verib. “Dövlətin öz vətəndaşlarını tanklarla əzməsini, silahsız insanlara atəş açmasını, dinc insanları məhv etməsini bugünkü nəsil təsəvvür edə bilmir. Bu hadisələr insanlığa qarşı cinayətdir”, - deyən diplomat qeyd edib ki, başda Mixail Qorbaçov olmaqla, Sovet İttifaqının rəhbərliyi nəhəng bir ölkə üzərində nəzarəti itirməkdə idi və nəticədə Qazaxıstan, Litvada və Gürcüstanda faciəli hadisələr baş vermişdi. Lakin, onlardan ən ağırı Bakıda törədilmişdi. Bir gecədə iki yüzə yaxın insan öldürüldü, çoxlu yaralanan və itkin düşən oldu. Səfir bildirib ki, illər keçsə də Azərbaycan xalqı şəhidlərini unutmayacaq, onların xatirəsini ehtiramla anacaq. Bu faciə təkcə Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün ciddi dərsdir.

Polad Bülbüloğlu diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə bu gün səfirliyin yerləşdiyi binaya gələrək Bakıda baş vermiş faciəvi hadisələri kəskin pisləmiş, ona siyasi qiymət vermiş və bütün günahkarların cəzalandırılmasını tələb etmişdi. Heydər Əliyevin bu addımı böyük cəsarət tələb edirdi. Belə ki, o vaxt SSRİ rəhbərliyini bu cür kəskin tənqid etmək, Mixail Qorbaçov başda olmaqla ölkə rəhbərliyini təqsirləndirmək təhlükəli idi. O zaman heç kim düşünə bilməzdi ki, SSRİ dağılacaq və Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik edəcək. Səfirin sözlərinə görə, həmin gün Heydər Əliyev böyük azərbaycanlı olaraq öz vətəndaşlıq borcunu yerinə yetirdi və bununla da ölkəmizin düşdüyü informasiya blokadasını yardı. Heydər Əliyevin görkəmli və müdrik insan olduğunu söyləyən diplomat, onun çıxışının xalqımızda ruh yüksəkliyi yaratdığını bildirib.

Azərbaycan səfiri qeyd edib ki, 20 Yanvar hadisələri Ermənistanın Azərbaycana ərazi iddiaları fonunda baş vermişdi. 1986-1987-ci illərdə Ermənistanda yaşayan azərbaycanlıların sistemli şəkildə məcburi deportasiyası başlanmışdı. 1988-1989-cu illərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağda özünü büruzə verən separatizm 1990-cı ilin Yanvar hadisələrinə öz mənfi təsirini göstərmişdi.

Polad Bülbüloğlu vurğulayıb ki, şəhidlərimiz canlarından əbəs yerə keçməyiblər, bizim üçün yeganə təsəlli Qələbəmizdir. Bu gün Azərbaycan qalib ölkədir! Ölkəmiz işğal olunmuş torpaqlarımızı öz silahının gücünə, ordumuzun və Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü iradəsi hesabına azad edib. Azərbaycan xalqı öz Prezidentinin, rəşadətli ordusunun ətrafında birləşərək, 44 gün ərzində düşməni torpaqlarımızdan qovdu.

Səfir bildirib ki, 1990-cı il yanvarın 20-də vəhşicəsinə qətlə yetirilən insanlar öz Vətəninin azadlığı, müstəqilliyi uğrunda canlarından keçiblər və Azərbaycan xalqı onları heç vaxt unutmayacaq.

Daha sonra politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov, filologiya elmləri doktoru, MDBMİ-nin professoru, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin sədri Abuzər Bağırov, jurnalist, publisist Azər Cahangirov, MDU-nun tarix fakültəsinin dosenti, MDU-nun Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev, RAGB fəalları, tələbələr Fatimə Qəhrəmanlı və Tərlan Həmzəyev çıxış ediblər.

Sergey Markov Azərbaycan xalqına başsağlığı verərək qeyd edib ki, bu hadisələrin baş verməsinin səbəblərindən biri SSRİ-nin ovaxtkı siyasi rəhbərliyinin səhvləri, sovet rəhbərliyi tərəfindən erməni millətçiliyinin, o cümlədən Qarabağın işğalı prosesinin təşviq edilməsidir.

Abuzər Bağırov, Azər Cahangirov və İsmayıl Ağakişiyev 1990-cı ilin faciəli Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüblər.

Dmitri Solonnikov çıxışında Azərbaycan və Rusiya tarixinin ortaq səhifələrinə toxunaraq bildirib ki, sovet dövründə hamının bir ölkədə yaşadığı vaxtlarda 20 Yanvar kimi faciəli hadisələrin olacağını təsəvvür etmək çətin idi. Eyni zamanda, bu gün birgə tariximizin səhifələrini xatırlayaraq, iki ölkə arasında dostluğun möhkəmləndirilməsinin zəruri olduğunu vurğulayan politoloq, parlaq gələcəyə inamını ifadə edib.

Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər