Polis Akademiyasında 20 Yanvar faciəsi anılmışdır
Bakı, 15 yanvar (AZƏRTAC). Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Akademiyanın rəis müavini Qabil Zamanov bildirmişdir ki, 20 Yanvar Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcəkdir. Vurğulanmışdır ki, məhz həmin gün boyunduruq altında yaşamağa etiraz edən xalqımızın azadlıq səsini boğmaq məqsədilə dəhşətli faciə törədilmişdir. İmperiyanın bu addımı müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan xalqın əzmini qıra bilməmiş, böyük qurbanlar bahasına müstəqilliyimiz əldə olunmuşdur.
Digər çıxışlarda ölkə rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərdiyi xüsusi diqqət və qayğı qeyd edilmişdir.
Tədbir sənədli filmin və foto slaydların nümayişi ilə yekunlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]