Premyer Liqa: “Qarabağ” Şamaxı səfərində, “Neftçi” “Qəbələ”yə qarşı
Bakı, 10 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 14:30-da “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. Ağdam təmsilçisi 39 xalla 2-ci, Şamaxının eyniadlı klubu isə 24 xalla 8-ci pillədə qərarlaşıb.
Turun bağlanış matçında “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. Hazırda 24 xalı olan “ağ-qaralar” 7-cidir. “Qırmızı-qaralar” isə 14 xalla 10-cu sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 4:1, “Zirə” “Sumqayıt”a 3:2, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb – 0:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]