Premyer Liqada XXXIV tura yekun vurulub
Bakı, 11 may, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçı Tovuz şəhər stadionunda “Kəpəz” və “Sumqayıt” komandaları arasında olub. Qarşılaşma nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rauf Hüseynli 11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Turun bağlanış oyununda çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. “Azersun Arena”da keçirilən görüşdə "köhlən atlar" rəqibi 2:0 hesabı ilə məğlub edib. Qolları 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk vurublar.
Bu nəticələrdən sonra ağdamlılar 83 xalla turnir cədvəlində liderliyini davam etdirib, Naxçıvan təmsilçisi isə 55 xalla 3-cü sırada yer alıb.
Premyer Liqada qalacağı dəqiqləşən Gəncə klubu 32 xalla 8-ci, “gənclik şəhəri” təmsilçisi 30 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Şamaxı”ya 3:1, “Zirə” “Səbail”ə 1:0, “Neftçi” isə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]