Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev bu gün ikili dünyaya ədalət örnəyi göstərir - ŞƏRH

Prezident İlham Əliyev bu gün ikili dünyaya ədalət örnəyi göstərir -  ŞƏRH

Bakı, 15 mart, AZƏRTAC

Regionun iqtisadi və siyasi lideri olan Azərbaycan özünün geosiyasi nüfuz dairəsini qlobal miqyasda böyütməkdədir. Bu gün ölkəmiz Cənubi Qafqazda sabitliyin təminatçısı olmaqla yanaşı, bir çox beynəlxalq layihələrin fəal iştirakçısına çevrilib. Paytaxt Bakı çəkisinə və nüfuzuna görə qlobal əhəmiyyət kəsb edən bir çox forumların, toplantıların ünvanına çevrilib ki, bu da respublikamızın beynəlxalq nüfuzunun yüksəlişinin göstəricisidir. Artıq beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda baş tutması adi hal alıb ki, bu da dövlətimizə olan inam və etibarı əks etdirir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi bunun sübutudur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, Qlobal təhlükəsizlik məsələləri, eləcə də onların qlobal dünya nizamına təsirini nəzərə alsaq, 70-dən artıq ölkədən 350-dən çox qonağın qatıldığı Qlobal Bakı Forumu dünya düzənində təhdidlərə qarşı uğurlu mübarizə ilə yadda qalmaqdadır.

Forum həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin dediyi kimi, tanınmış insanları bir araya gətirən, müxtəlif fikirlərin ifadə olunduğu nadir azadlıq məkanıdır. Müzakirələrdə forum iştirakçıları dünyanı təhdid edən təhlükələrin azaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlmiş bütün məsələlərlə bağlı fikirləri humanizm dəyərlərinin qorunmasına xidmət edirdi.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini birləşdirən inklüziv və yaxşı platformadır. Forumda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir və beynəlxalq ictimaiyyətə təqdim olunur. Bundan başqa, Bakıda keçirilən qlobal forum özünü yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə əlverişli və mötəbər platforma kimi təsdiqləyib.

Bunu, heç şübhəsiz, Prezident İlham Əliyevin xarici siyasət strategiyasının təcəssümü adlandırmaq olar. Çünki Azərbaycan Lideri, ilk növbədə, milli maraqlara söykənərək, hər zaman ortaq nöqtələrin, ümumi baxışların və yaxınlaşma yollarının tapılması istiqamətində mühüm səylər göstərir. Müharibələr və böhranlarla parçalanmış bugünkü dünya baxış və mövqe fərqlərinə baxmayaraq, hər zamankından daha çox fəaliyyət birliyinə ehtiyac duyur.

Sirr deyil ki, bəşəriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq regionunda gərginlik dünya nizamı üçün böyük təhdidlər törədir. Bütün bunlar təbii ki, müxtəlif dövlətlərin keçmiş və indiki rəhbərlərini, beynəlxalq strukturların nümayəndələrini, görkəmli ictimai xadimləri, o cümlədən Nobel mükafatçılarını narahat etməyə bilməz. Bütün bu narahatlıq doğuran məsələlər, eyni zamanda, dünyanı silkələyən meqatəhdidlərə iqlim və ərzaq təhlükəsizliyi kimi əhəmiyyətli məsələlər də forumda müzakirə olunur. Statistikaya görə, bir milyarda yaxın insan qida çatışmazlığı ilə üzləşib və 3 milyarddan çox insan sağlam qida ala bilmir. Bu problemlər artan xərclər, təchizat zəncirinin pozulması və iqlim dəyişikliyi ilə daha da mürəkkəbləşir. Bunun fonunda çatdırılma üçün vaxta və xərclərə qənaət etməyə kömək edəcək ən optimal marşrutun seçilməsi aktuallaşır ki, bu da Azərbaycandır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionda mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir.

Əlbəttə ki, forum iştirakçılarının qarşısında duran ən mühüm vəzifələrdən biri sürətlə dəyişən dünyada etimad və əməkdaşlığın qurulması üçün yeni formatların və yolların axtarışıdır. Təsadüfi deyil ki, Bakı qlobal geosiyasi fikir mərkəzlərindən birinə çevrilib, burada həll yollarının axtarışı gedir. Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, uzun illər əvvəl irəli sürdüyü təşəbbüslər və layihələr bu gün Avropa və Asiya üçün həyati əhəmiyyət kəsb edir - bütün bunlar dünya üçün məhz Azərbaycanın qlobal problemlərin həlli üçün uğurlu yer olduğunu təsdiq edir.

Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılır. Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirdi ki, COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir. Forum iştirakçıları da çıxışlarında belə mötəbər tədbirin Bakıya tapşırılmasının doğru seçim olduğunu qeyd etdilər. Latviyanın sabiq Prezidenti Egils Levits çıxışında haqlı olaraq qeyd etdi ki, Bakı COP29 üçün düzgün seçilmiş bir məkandır. Onun sözlərinə görə, bu mötəbər tədbir iqlim dəyişiklikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ölkəmizdə 3300-dən artıq tibbi xidməti əhatə edən icbari tibbi sığortanın tətbiqinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirərək vurğuladı ki, XI Qlobal Bakı Forumu dünya problemlərinin həlli yollarının tapılmasına önəmli töhfələrini verəcək.

Sonda deputat qeyd edib ki, qlobal çağırışların müzakirə ünvanı olan Bakı dünyanın diqqət mərkəzinə bu dəfə “Parçalanmış dünyanın bərpası”nın həlli yollarını araşdırmaqla düşdü.

Bakı Forumunda bəşəriyyətə real təhlükə olan təhdidlərin, siyasi qərarların fonunda yaranan münaqişələrin, eyni zamanda iqlim, qida, nüvə təhlükəsizliyi və səhiyyə problemləri geniş müzakirə olunmaqla dünyanın xilasına Azərbaycan növbəti dəfə töhfə verdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, Davos Dünya İqtisadi Forumu, eləcə də Münxen Təhlükəsizlik Konfransı qədər vacib olan Qlobal Bakı Forumu dünya üçün səmərəli, aktual mövzuların çözülməsi, dialoqun qurulması istiqamətində aparılan müzakirələr bəşərin qurtuluşuna xidmət edir. Uzun illər işğaldan və müharibədən əziyyət çəkən Azərbaycanın bu gün beynəlxalq arenanın mühüm oyunçusu kimi dünyaya sülh carçısı olaraq təqdimatı birmənalı şəkildə Prezident İlham Əliyevin mükəmməl xarici siyasətinin nəticəsidir.

Qalib ölkənin rəhbəri kimi Cənubi Qafqazda münaqişəyə son qoyan Prezident İlham Əliyev bu gün ikili dünyaya ədalət örnəyi göstərir. Reallıq odur ki, Azərbaycan öz Lideri ilə birgə beynəlxalq aləmdə ədalətin təminatçısı obrazındadır və Bakı Forumu da bu həqiqətin növbəti təsdiqidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır