Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV ŞAMAXIDA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV ŞAMAXIDA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Şamaxı, 26 noyabr (AZƏRTAC). Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham ƏLİYEV kollektivi və ictimaiyyətin nümayəndələrini mərkəzin açılışı münasibətilə təbrik edərək dedi:

-Belə gözəl diaqnostika mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizi, eyni zamanda, Qurban bayramı münasibətilə təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bu gün doğrudan da çox gözəl bir gündür. Bu gün səhər Bakı-Şamaxı yolunun açılışında iştirak etdim. Çox gözəl, keyfiyyətli yoldur. Bakı ilə Şamaxı arasında məsafə onsuz da o qədər də böyük deyildir. Ancaq indi yeni yolla bu məsafəni qət etmək daha da asan olacaqdır. Rahat yoldur, keyfiyyətli yoldur.

Şamaxı üçün çox vacib olan Müalicə-Diaqnostika Mərkəzinin açılışında bərabər iştirak edirik. Bu da çox gözəl hadisədir. Bu, ən müasir standartlara cavab verən tibbi mərkəzdir. Həm müayinədən keçmək, həm müalicə almaq, həm həkim məsləhətinə ehtiyacı olan insanların burada müalicəsi - bütün bunlar artıq reallıqdır, Azərbaycan reallıqlarıdır. Ən müasir avadanlıq quraşdırılıb, ən gözəl imkanlar vardır. Arzu edirəm ki, hər bir vətəndaş, rayonun hər bir sakini ildə bir dəfə gəlib burada müayinədən keçsin. Nəzərə alsaq ki, burada tibbi xidmət pulsuzdur, hər bir adam, hər bir vətəndaş ildə bir dəfə həkim məsləhətinə qulaq asmalıdır. Əgər hər hansı bir xəstəlik varsa, bu gözəl imkanlardan istifadə edib xəstəliyi aradan götürməlidir.

Bu Müalicə-Diaqnostika Mərkəzinin tikintisi, eyni zamanda, Azərbaycanın artan imkanlarını göstərir. Bilirsiniz ki, indi Bakıda və bölgələrdə ən müasir tibbi mərkəzlər yaradılır, təmir olunur, avadanlıqla təchiz edilir. İndi elə bir bölgə yoxdur ki, orada müasir tibbi mərkəz olmasın. İlk növbədə bütün bölgələrdə, ondan sonrakı mərhələdə bütün rayon mərkəzlərində gözəl tibbi mərkəzlər yaradılır.

Şamaxının gələcək uğurlu inkişafı üçün belə tibbi mərkəzin mövcudluğu çox vacibdir. Şamaxı Azərbaycanın gözəl bölgələrindən, rayonlarından biridir. Rayonun çox böyük potensialı vardır. İndi Bakı-Şamaxı yolunun istifadəyə verilməsindən, belə gözəl obyektlərin tikilməsindən sonra əlbəttə ki, Şamaxıya gələnlərin sayı daha da artacaqdır. Biz hamımız gərək rayonun turizm imkanlarından səmərəli istifadə edək. Burada gözəl təbii şərait vardır. Bir müddət bundan əvvəl Olimpiya Kompleksinin açılışında iştirak etdik, bu gün Müalicə-Diaqnostika Mərkəzi istifadəyə verilir. Şamaxı rəsədxanası artıq təmir edilir. Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsait ayrılıbdır, həm elmi məqsədlər, həm də turizm məqsədləri üçün biz hamımız rəsədxanadan səmərəli istifadə edəcəyik. Mən bu gün gedib tikinti ilə, təmir işləri ilə tanış olacağam.

Bu gün, eyni zamanda, biz yeni sənaye sahələrinin istifadəyə verilməsini qeyd edirik. Şamaxıda artıq müasir sənaye müəssisələri yaradılıb. O müəssisələr ki, hazır məhsul istehsal edir, məişət avadanlığı istehsal olunur. Əvvəllər biz bunu heç təsəvvür edə bilməzdik ki, Azərbaycanda müasir avadanlıq, məişət avadanlığı istehsal olunacaqdır. Ancaq bu gün bu reallıqdır. Təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Şamaxıda.

Mən artıq birinci dəfə deyil ki, Şamaxıya gəlirəm. Əvvəlki illərdə də dəfələrlə olmuşam, Prezident kimi də bir neçə dəfə gəlmişəm. Hər dəfə gəlib burada yenilik, gözəllik, abadlıq görəndə çox sevinirəm. Bu gün də proqramım böyükdür. Ona görə ki, çoxlu obyektlər vardır. Çoxlu obyektlər istifadəyə verilir, həm iqtisadi xarakter daşıyan, sənaye xarakteri daşıyan, sosial obyektlər. Son 5 ildə 14 məktəb tikilibdir. Yəni sosial infrastruktur da güclənir. Mənə verilən məlumata görə, 2004-2008-ci illərdə istehsal olunan məhsulun həcmi 5 dəfə artıb. Azərbaycan üzrə 2,6 dəfə, Şamaxı üzrə 5 dəfə. Bu, ən gözəl nümunədir, ən gözəl göstəricidir. Yəni burada neft hasil olunmur ki, deyək neftin qiyməti qalxdı, istehsal artdı. Yəni artım ancaq insanların zəhməti, düzgün siyasət, görülən işlər və belə gözəl ocaqların yaradılması, kənd təsərrüfatının inkişafı hesabınadır. Kənd təsərrüfatının inkişafı üçün də böyük səylər göstərilir və istehsal ildən-ilə artır. Fermerlərə, sahibkarlara dəstək göstərilir. Yollar tikilir, elektrik stansiyaları, xəstəxanalar, idman qurğuları - onların hamısını sadalamaq üçün çox vaxt lazımdır. Siz, burada yaşayan insanlar bunları görürsünüz. Əlbəttə ki, siz burada yaradılan yeni şəraitin bilavasitə iştirakçılarısınız.

Biz elə etməliyik ki, gələcək illərdə bu uğurlu templəri saxlayaq, Azərbaycanın uzunmüddətli inkişafını təmin edək. Bunu etmək üçün də mən əminəm ki, hər şey, hər bir şərait vardır. Hətta ən ağır, bəlkə son 100 il ərzində dünya üçün ən ağır il olan 2009-cu ildə də Azərbaycan inkişafdadır. İqtisadiyyat artır, sənaye istehsalı artır, bütün sosial proqramlar icra olunur.

Bəzi ölkələrdə belə sosial layihələr dondurulur. Deyirlər ki, pul yoxdur, yaxud da ki, böhrandır. Əlbəttə ki, böhran bizə də təsir etdi. Elə bir ölkə yoxdur ki, ona təsir etməsin. Ancaq buna baxmayaraq, bütün sosial obyektlər vaxtında istifadəyə verilir. Bax, bu gözəl xəstəxana, Bakı-Şamaxı yolu vaxtında, böyük keyfiyyətlə istifadəyə verilib. Növbəti illərdə Şamaxı rayonunun hərtərəfli inkişafı üçün nə lazımsa onu da edəcəyik. Nəzərə alsaq ki, 2009-2013-cü illər üzrə Dövlət Proqramımız artıq icra olunur, o proqramda rayonun bütün ehtiyacları nəzərdə tutulub və onlar hamısı təmin ediləcəkdir.

Sizi bu gözəl hadisə münasibətilə, bu gözəl mərkəzin açılışı münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Arzu edirəm ki, siz xəstələnməyəsiniz, şamaxılılar fiziki cəhətdən çox sağlam insanlardır. Burada həm təbiət, həm gözəl hava, həm də ki, şamaxılıların ümumiyyətlə ovqatı həmişə nikbinlik yaradır. Ancaq, işdir əgər bir xəstəlik olsa, artıq burada müalicə üçün də şərait vardır.

X X X

Yeni Müalicə-Diaqnostika Mərkəzinin həkimi Nəzakət ABDURRAZAQOVA Şamaxı ictimaiyyətinin ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq dedi:

-Əziz Prezidentimiz, Azərbaycana, bütün dünyaya 400-dən artıq şair və mütəfəkkir verən və ulu öndərimizin dili ilə desək, Azərbaycanın qədim mədəniyyət mərkəzində Sizi bütün şamaxılılar və tibb işçiləri adından salamlayıram, “Xoş gəlmisiniz” deyirəm.

Qurban bayramı ərəfəsində Siz bütün şamaxılılara ikiqat bayram ovqatı verdiniz. Çünki Sizin buraya hər gəlişiniz bizim üçün çox böyük bayram əhval-ruhiyyəsi yaradır. Sizi bu gözəl, müqəddəs bayram münasibətilə təbrik edirəm və onun müqəddəs qaynaqlarından Sizə cansağlığı arzu edirəm. Sizin həmişə bayrağınız uca olsun, yolunuz işıqlı olsun, - deyirəm.

Bu gün Şamaxıya dünya standartlarına uyğun olan belə bir diaqnostika mərkəzini bəxş etməyiniz həqiqətən də bizim üçün çox böyük hədiyyədir. “Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Rayon mərkəzi xəstəxanasının, poliklinikanın təmir olunması, regional təcili yardım şöbəsinin və belə bir gözəl, möhtəşəm diaqnostika mərkəzinin açılması hər bir şamaxılı üçün böyük hədiyyədir və hər bir şamaxılının cansağlığına xidmət edir. Siz həmişə deyirdiniz ki, biz təkcə Bakını yox, bütün regionları inkişaf etdirməliyik. Siz deyirdiniz ki, mən hər kəsin Prezidentiyəm və həqiqətən də Sizin dediyiniz o fikirlər bu gün gör nə boyda reallıqla həyata keçirilir.

Siz bu gün ulu öndərimiz Heydər Əliyevin hər birimiz üçün həyat fəlsəfəsi olan yüksək siyasətini çox böyük uğurla və mən deyərdim ki, özünüzə məxsus naxışlarla davam etdirirsiniz. Bu, bizim hər birimiz üçün əzizdir.

Biz Azərbaycanın qəhrəmanlıq salnaməsində neçə-neçə qadın obrazları tanıyırıq ki, öz böyük, yüksək zəkası, ağlı, təfəkkürü, xalqına xidməti ilə fərqlənən o qadınların adları Azərbaycanın qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılıb. Mən bu gün mübaliğəsiz və çox böyük cəsarətlə deyərdim ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva həqiqətən də bu gün o qadınların canlı timsalıdır. Mehriban xanım hər bir azərbaycanlı qadın üçün örnəkdir. Biz onun səhiyyə, təhsil və mədəniyyətimizin inkişafı sahəsində, bizi Azərbaycandan uzaqlarda tanıtmaq sahəsindəki böyük xidmətlərini çox yüksək qiymətləndiririk. Çox sevinirik ki, Sizin belə bir köməyiniz vardır və o, hər birimiz üçün örnəkdir.

Bizim əziz Prezidentimiz. Biz Sizin siyasətinizi həmişə bəyənirik. Bu siyasət bizim üçün çox əzizdir. Biz həmişə Sizin ətrafınızdayıq. Sizin bütün fikirləriniz bizim üçün çox əzizdir. Biz bu fikirləri dəstəkləyirik. Çox sağ olun ki, Siz bu bayram ərəfəsində bizi sevindirdiniz.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Sonra dövlətimizin başçısı səhiyyə ocağının açılışını bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu.

Təməli 2007-ci il martın 1-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş və sahəsi 1,5 hektar olan mərkəzin inşaat işləri bu ilin oktyabrında başa çatdırılmışdır. Tikintinin ümumi sahəsi 7 min kvadratmetr, o cümlədən əsas korpusun sahəsi 5800 kvadratmetrdir. Üçmərtəbəli binada qəbul, inzibati, funksional diaqnostika, dializ, stasionar, əməliyyat, reanimasiya, kompyuter tomoqrafiya və rentgen şöbələri fəaliyyət göstərir. Birinci mərtəbədə 60, ikinci mərtəbədə 51, üçüncü mərtəbədə 30 otaq yerləşir. Burada quraşdırılan avadanlıq xaricdən gətirilmişdir.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır.

Mərkəzin həyətində 5 min kvadratmetr ərazidə yaşıllıq salınmış, su anbarı, qazanxana tikilmiş və yardımçı elektrik stansiyası quraşdırılmışdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır