PREZİDENT İLHAM ƏLİYEV ULYANOVSKDA NƏRİMAN NƏRİMANOVUN ABİDƏSİNİ ZİYARƏT ETMİŞDİR
Ulyanovsk, 24 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Ulyanovskda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Nəriman Nərimanovun abidəsini ziyarət etmişdir.
Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev burada Azərbaycan diasporunun üzvləri ilə söhbət etdi.
######
