Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin Albaniya səfəri yaddaşlarda rəsmi Bakının Avropa zəfəri kimi qalacaq ŞƏRH

Prezidentin Albaniya səfəri yaddaşlarda rəsmi Bakının Avropa zəfəri kimi qalacaq  ŞƏRH

Bakı, 19 may, AZƏRTAC

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakını Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Biz bu səfərdə ərazi bütövlüyümüzü öz gücü, daxili imkanları hesabına həll edən Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi avropalı siyasətçilərin məyusluğunu, peşmanlıqlarını müşahidə etdik. Cənubi Qafqazda Bakının yaratmış olduğu yeni reallıqları qəbul etmək zorunda qalan qoca qitə artıq günü-gündən zəifləyən, böhran içərisində çabalayan Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil. Onlar ölkəmizin geoiqtisadi və geosiyasi əhəmiyyətini dərk edir, strateji nüfuzumuzu qəbul edirlər. Bu mənada Prezidentin Albaniya turnesini zəfərə bərabər səfər adlandırmaq daha uyğun və düzgün olardı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan lideri Qərbin Cənubi Qafqaz siyasətinin yanlışlığını, bölgədə birtərəfli qaydada Ermənistana verilən dəstəyin səmərəsizliyini və rəsmi Bakı ilə əməkdaşlıq etmədən həm enerji təhlükəsizliyi təminatının, həm də Asiya ilə əlverişli kommunikasiya yaratmağın çətinliyini Avropaya sübut etdi: “2022-ci ildə “Avropa Siyasi Birliyi”nin Praqada keçirilmiş ilk toplantısında iştirak Azərbaycanın suverenlik və ərazi bütövlüyü uğrunda diplomatik mübarizəsində dönüş nöqtəsi oldu. Avropa bu ilin əvvəlindən Azərbaycanla münasibətlərdə yaranan anlaşılmazlığı aradan qaldırmaq üçün addımlar atmağa başlamışdı. Yanvar ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Prezident İlham Əliyevə zəng edərək ikitərəfli münasibətlər, o cümlədən Aİ və Azərbaycan arasında nəqliyyat, Orta dəhliz marşrutu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu müzakirə etdi.

Aprel ayında isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər etdi və Prezident İlham Əliyevlə görüşdü. Ardınca Azərbaycan dövlət başçısının Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Bakı-Brüssel münasibətlərdəki buzların əriməsində əhəmiyyətli rol oynadı. Azərbaycan liderinin Tiranada yüksək səviyyədə qarşılanması, ikitərəfli görüşlər və kulislərdə avropalı siyasətçilərin onunla təmasa can atması ölkəmizə və onun rəhbərinə olan münasibətin, marağın göstəricisi idi. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də iştirak edirdi. Onlar Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bəyan etdilər, Avropanın enerji ehtiyacının ödənilməsindəki rolumuzu yüksək qiymətləndirdilər. Üstəlik Azərbaycanın Avropa ilə Mərkəzi Asiya regionu arasındakı əlaqələrdə və Orta dəhlizdə oynadığı aparıcı rolun əhəmiyyəti vurğulandı. Görüşdə bərpaolunan enerji imkanları da müzakirə olundu. Qeyri-rəsmi görüşlər zamanı – kulisdə Fransa Prezidenti Emanuel Makronun Prezident İlham Əliyevə yaxınlaşaraq onunla yüksək ovqatda söhbət etməsi, müzakirə aparması Parisin yanlış Azərbaycan siyasətinə korrektələr etmək istəyi kimi də qəbul edilə bilər. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin ardıcıl, prinsipial, məqsədyönlü xarici siyasətinin nəticəsidir. Milli maraqlarımızı yüksək səviyyədə müdafiə edən dövlətimizin başçısının yüksək siyasi, diplomatik peşəkarlığı sayəsində Qərbin Cənubi Qafqaz siyasəti ciddi şəkildə dəyişdi. Qlobal siyasətin önəmli aktorları olan Fransa, Almaniya kimi ölkələr Avropa İttifaqının əvvəlki rəhbərliyi dövründə buraxılmış səhvləri aradan qaldırmaq istəyirlər”.

Mehriban Vəliyeva bildirib ki, xarici siyasətində çoxtərəfliliyə üstünlük verən Azərbaycan Avropa qitəsində dialoq və əməkdaşlığa töhfələr verir: “Prezident İlham Əliyev sammitdəki çıxışında Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daim prioritet olduğunu, enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcudluğunu bildirdi. Enerji sahəsində Avropanın 10 ölkəsinin, o cümlədən Aİ-yə üzv 8 dövlətin məhz Azərbaycan qazı ilə təmin olunması ölkəmizin bu sahədəki mövqeyinin gücündən xəbər verir. Prezident İlham Əliyevin Tiranadakı çıxışlarında Orta Dəhliz layihəsinin əhəmiyyətini xüsusi vurğuladı. Həmçinin Xəzər dənizi üzərindən Mərkəzi Asiya ölkələrinin yaşıl enerji potensialının Avropaya daşınması layihəsi və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli də bir daha gündəmə gətirildi. Bu təşəbbüslər Prezident İlham Əliyevin qlobal ekoloji trendləri nəzərə alan uzaqgörən siyasətinin bariz göstəricisidir. Ölkəmizin qlobal səviyyədə təşəbbüskar mövqeyi yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı dövlətimizin və onun liderinin beynəlxalq müstəvidə yüksələn nüfuzunun göstəricisidir. Azərbaycanın bu cür yüksəksəviyyəli beynəlxalq platformalarda fəal iştirakı həm ölkəmizin beynəlxalq statusunu gücləndirir, həm də dövlətimizin başçısının qlobal liderliyini təsdiqləyir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır VİDEO

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır VİDEO

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO