“Qarabağ”–“Çelsi” matçını portuqaliyalı hakimlər briqadası idarə edəcək
Bakı, 20 noyabr, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandasının V turun oyunları çərçivəsində İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Manuel De Souza olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Nuno Pereyra yerinə yetirəcək. Əlavə hakimlər Fabio Verissimo və Luis Migel Branko Qodinyo olacaq.
Bu qrupun digər oyununda “Atletiko Madrid” klubu “Roma”nı qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]