“Qarabağ” futbol klubu haqda çəkilən film Qlazqoda nümayış olunacaq
Bakı, 2 may, AZƏRTAC
“Qarabağ” futbol klubu haqda çəkilən film Qlazqoda keçiriləcək festivalda nümayiş olunacaq.
AZƏRTAC “The National” qəzetinə istinadla xəbər verir ki, amerikalı rejissor və ssenari müəllifi Tomas Qoltzun Ağdamın “Qarabağ” futbol klubu haqda lentə aldığı “ON Aggregate” adlı film Qlazqoda keçiriləcək “Radical Film Network Festival”da nümayiş olunacaq. Festivalda ümumilikdə 40 film təqdim olunacaq.
Bununla bağlı Tomas Qoltz müsahibəsində deyib ki, “Qarabağ”dan əvvəl futbolla tanışlığı olmayıb: “Heç futbol terminlərini də bilmirdim. Ağdam klubuna təşəkkürümü bildirirəm ki, bu komanda mənə futbolu sevdirdi. “Qarabağ” naminə fəaliyyətimi davam etdirirəm. Avropa Liqasının qrup mərhələsində İtaliyanın “İnter” klubu ilə oyundakı qolun sayılmamasına çox məyus oldum. Azərbaycanlı olmasam da, buna çox təəssüfləndim. “Qarabağ” dünyada siyasi təbliğat baxımından Azərbaycan üçün dəyərli klubdur”.
Qeyd edək ki, “Qarabağ” haqda 52 dəqiqəlik sənədli filmin təqdimatı sabah keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]