“Qarabağ” ilk hissədə “Neftçi”nin qapısından üç top keçirib
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun mərkəzi qarşılaşmasında üz-üzə gələn “Qarabağ” - “Neftçi” oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə “Qarabağ” klubunun 3:0 hesablı üstünlüyü ilə yollanıb.
Oyunda hesabı 10-cu dəqiqədə Filip Ozobiç açıb. Qoldan beş dəqiqə sonra Abdulla Zubir fərqi iki topa çatdırıb. Qarşılaşmanın 23-cü dəqiqəsində matçın baş hakimi Əliyar Ağayev “flaqman”ın qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Filip Ozobiç özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
Matçın 37-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Ömər Buludov ciddi zədələnib. İyirmi üç yaşlı müdafiəçi meydanı xərəkdə tərk edib. Onun yerinə İsmayıl Zülfüqarlı daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]