“Qarabağ” və “Neftçi” klublarının start heyəti açıqlanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda üz-üzə gələcək "Qarabağ" və "Neftçi" klublarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Azersun Arena”da baş tutacaq oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
“Qarabağ” klubunun start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Qara Qarayev, Abbas Hüseynov, Filip Ozobiç, Abdullah Zubir, Kevin Medina, Patrik Andrade, Kadi Borqes, Vadji İbrahima və Toral Bayramov çıxacaqlar.
“Neftçi”ın start heyətində isə Aqil Məmmədov, Ömər Buludov, Emin Mahmudov, Mirabdulla Abbasov, Mamadu Mbodj, Voyislav Stankoviç, Yusuf Laval, Sabir Buqrin, Sezar Meza Kolli, Mamadu Kane və Mert Çelik yer alıblar.
On yeddi xala malik olan tərəflər ilk iki pilləni bölüşürlər. Əzəli rəqiblər indiyədək Azərbaycan çempionatları tarixində 84 dəfə qarşılaşıblar. Bunların 31-də Ağdam təmsilçisi, 23-də flaqman qələbə sevinci yaşayıb. Otuz matç isə heç-heçə ilə başa çatıb. Premyer Liqadakı son 7 görüşdən yalnız birində meydan sahibi olan tərəf qələbə qazana bilib. Bundan əlavə, “Neftçi” son 3 oyunda “köhlən atlar”ın qapısına yol tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]