“Qartallar” yeni stadionuna qovuşub
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 10-da “Beşiktaş” futbol klubunun yeni stadionu “Vodafone Arena”nın açılışı olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, sabiq prezident Abdullah Gül, futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim, “Beşiktaş”ın prezidenti Fikrət Orman iştirak edib.
Açılış azarkeşlərin iştirakı olmadan keçirilib.