Qax Kukla Teatrında yeni tamaşa hazırlanıb
Bakı, 8 iyul, AZƏRTAC
Mövsümü başa vurmağa hazırlaşan Qax Dövlət Kukla Teatrında daha bir tamaşa ərsəyə gətirilib və ictimai müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, yerli müəlliflərdən Osman Abdullayevin qələmə aldığı “Tülkü və quyruq” adlı səhnə işinin quruluşçu rejissoru Araz Mehrablı, quruluşçu rəssamı Qoşqar Fətəliyev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Səhnə əsərində rolları İlmar Abdullayev, Elnarə Razıyeva, Məlahət Məmmədova, Azər Kərimov, Cəbrayıl Quluşov, Afət Yaqubova, Aynurə Abbasova, Elnurə Əliyeva, Araz Mehrablı və Cəryət Abuzərli ifa edirlər.
Xudpəsəndlik, həsəd və tənbəllik kimi mənfi xüsusiyyətlərinin tənqid hədəfinə çevrildiyi tamaşa uşaqlara özünəinam və zəhmətsevərlik aşılayır, şükranlıq hissini təbliğ edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]