Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər
Astana, 24 mart, AZƏRTAC
Astana şəhərinin Yesil rayonunda çoxmərtəbəli binalardan birində ikinci mərtəbə ilə dördüncü mərtəbə arasında yanğın baş verib.
AZƏRTAC Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, FHN əməkdaşları avtomatik nərdivan və üçbucaqlı nərdivandan istifadə edərək tüstü ilə dolu zonadan 13 nəfəri, o cümlədən 6 uşağı xilas ediblər. Bundan başqa, 12 uşaq daxil olmaqla, daha 45 nəfər pilləkənlər vasitəsilə təxliyə edilib.
Yanğın operativ şəkildə söndürülüb. Yanğının səbəbi araşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]