Qazaxıstan ictimaiyyətinə Xocalı soyqırımı haqqında ətraflı məlumatlar çatdırılır
Almatı, 2 mart (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində silsilə tədbirlər keçirir, ölkə ictimaiyyətinə faciə ilə bağlı ətraflı məlumatlar çatdırır.
Səfirliyin və Almatıda fəaliyyət göstərən “Oğuz” Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən növbəti tədbirdə Qazaxıstanın ictimai-siyasi xadimləri, ölkəmizin diaspor təşkilatlarının üzvləri iştirak etmişlər.
Səfirliyin nümayəndəsi və Almatı “Oğuz” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qərib Məmmədov tədbir iştirakçılarına Xocalı faciəsi haqqında geniş məlumat vermişlər. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində misli görünməmiş soyqırımı aktı törətmişlər. Dinc sakinlər, o cümlədən qadınlar, uşaqlar və qocalar amansızlıqla qətlə yetirilmiş, əsir və girov götürülmüşlər.
Tədbirdə Xocalı soyqırımını əks etdirən foto və videomateriallar nümayiş olunmuş, iştirakçılara səfirlik tərəfindən nəşr edilmiş kitab və broşürlar paylanılmışdır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]