Qəbələdə qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb
Bakı, 1 iyun, AZƏRTAC
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları Bum meşəbəyiliyinin 6 saylı dolayında içərisində qanunsuz yolla əldə edilmiş oduncaq dolu “Ural” və “QAZ-66” markalı iki avtomobili saxlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı avtomobillərin Qəbələ rayon sakinləri Gəncəli İsgəndorova və Anar Ağayevə məxsus olduğu məlum olub. Saxlanılan avtomobillər Qəbələ Rayon Polis Şöbəsinə təhvil verilib, təqsirkar şəxslər barəsində qanunauyğun tədbirlərin görülməsi məqsədilə toplanan sənədlər hüquq mühafizə orqanına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]