QƏBƏLƏDƏ YENİ İDMAN QURĞULARI TİKİLİR VƏ YENİDƏN QURULUR
Qəbələ, 16 mart (AZƏRTAC). Rayon icra hakimiyyətindən bildirmişlər ki, 2 min nəfər tamaşaçı tutan Qəbələ şəhər stadionunda aparılan yenidənqurma işləri başa çatmışdır.
Stadionun ot örtüyü təmir edilmiş, idmançıların soyunub-geyinmə otaqları müasir formada yenidən qurulmuşdur. Hazırda stadionun ərazisində süni örtüklü yardımçı meydançanın tikintisi aparılır.
Həmçinin Qəbələ şəhərindəki Zərifə Əliyeva adına parkda yeni istifadəyə verilən idman kompleksində voleybol, mini futbol, stolüstü tennis kortu, trinajor zalı fəaliyyət göstərir. Asudə vaxtını səmərəli keçirmək istəyən gənclər üçün kompleksdə müasir standartlara uyğun maddi-texniki baza yaradılmışdır.
Bəzi kənd yaşayış məntəqələrində gənclər arasında idmanın kütləviliyini artırmaq məqsədi ilə sadə futbol meydançaları yaradılmışdır. Rayonun Hacıalılı və Çarxana kənd stadionlarında bərpa işləri aparılmış, Nohurqışlaq kənd stadionu yenidən qurulmuşdur.
Hazırda rayonda Olimpiya-İdman Kompleksinin tikintisi davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]