Qərb Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş seminar keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Qərb Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş seminar keçirilmişdir.
Tədbirdə müəllim və tələbələrin 20 Yanvar faciəsi ilə bağlı məruzələri dinlənilmişdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qətliamın şahidləri xatirələrini bölüşmüşlər.
Seminar çərçivəsində Qara Yanvara həsr olunmuş kitablardan və qəzet materiallarından ibarət sərgi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]