Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycanın demoqrafiyası - Araşdırma

Qərbi Azərbaycanın demoqrafiyası - Araşdırma

Bakı, 9 aprel, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli Qərbi Azərbaycanın demoqrafiyası ilə bağlı araşdırma aparıb.

AZƏRTAC araşdırmanı təqdim edir: “1801-ci ildə Qərbi Azərbaycanın Pəmbək, 1805-ci ildə Şörəyel əyalətlərinin Rusiya imperiyası tərəfindən işğalından sonra hər iki əyalətin etnik tərkibində kəskin dəyişikliklər baş verdi. Rus mənbələrinin məlumatına görə, işğala qədər Pəmbək əyalətində 3588 türk (azərbaycanlı) ailəsi və 21 min 800 türk, 612 erməni ailəsi (3900 nəfər), ümumilikdə cəmi 4200 ailə və 25 min 700 nəfər yaşayıb.

Türklər Pəmbək əhalisinin 84,82 faizini təşkil edirdilər. İşğaldan sonra türklər ərazini kütləvi şəkildə tərk etmişdilər. 1826-cı ilin məlumatına görə, burada cəmi 583 türk ailə (3498 nəfər) qalmışdı. Ermənilərin sayı isə 1360 ailəyə və ya 8620 nəfərə çatmışdı. Həmin ilin məlumatına görə, Pəmbəkdə yaşayan ailələrin sayı 1943-ə, əhalinin ümumi sayı isə 12 min 118 nəfərə enmişdi.

Pəmbək əyalətini tərk edən müsəlman əhalinin bir hissəsi İrəvan xanlığının, qalanı isə Qacarlar dövlətinin ərazisinə getmişdi.

İşğaldan əvvəl Şörəyel əyalətində 3706 müsəlman-türk ailəsi (22 min 500 nəfər), 394 erməni ailəsi (2560 nəfər), cəmi 25 min 060 nəfər qeydə alınmışdı. Türk-müsəlman əhali sakinlərin 89,78 faizini təşkil edirdi. 1826-cı ildə isə Şörəyel əyalətində cəmi 377 müsəlman ailəsi (2262 nəfər) qalmışdı. Ermənilərin sayı isə artaraq 1034 ailəyə və ya 6720 nəfərə çatmışdı.

1801-ci ildə İrəvan xanlığında 133,9 min nəfər əhali yaşayırdı. Onun 102,3 mini müsəlman, 30,9 mini erməni, 0,7 mini başqa etnosların nümayəndələri idi. Müsəlmanlar İrəvan xanlığı əhalisinin 76,4, ermənilər isə cəmi 23,08 faizini təşkil edirdilər. 1826-cı ildə xanlığın ərazisində 199,3 min nəfər əhali yaşayırdı ki, onlar arasında müsəlmanlar 164,3 min nəfər (82,44 faiz), ermənilər isə 34,1 nəfər (cəmi 17,11 faiz) idilər.

1801-ci ildə İrəvan xanlığı, Pəmbək və Şörəyel mahallarında birlikdə ümumilikdə 247 min nəfər sakin yaşayırdı ki, onlardan 201,5 mini müsəlman (80,33 faiz), 44,8 mini erməni (18,14 faiz) idi. 1826-cı ildə bölgə əhalisinin sayı 299 minə çatmışdı (240,2 min nəfər və ya 80,33 faiz müsəlman, 57,9 min nəfər, yaxud 19,36 faiz erməni) bölgədə yaşayan digər etnik qruplar əhalinin cəmi 0,3 faizini təşkil edirdi.

Rus müəllifləri etiraf edir ki, I Pyotr Rusiyanın tutduğu yerlərdə möhkəmlənməsi üçün orada xristian əhalini çoxaldaraq müsəlman əhalinin sayını azaltmağı və bu baxımdan ermənilərə üstünlük verməyi vacib sayırdı. O, 1722-ci ildə işğalçı qoşunların komandanı general-leytenant Matyuşkinə yazırdı ki, tutduğu ərazilərdə özlərinin də xəbəri olmadan müsəlmanların sayını azaldıb ermənilərin sayını çoxaltsın. Xəzəryanı əraziləri işğal edən Matyuşkin I Pyotrun tapşırıqlarını yerinə yetirərək Dərbənd, Bakı, Gilan, Mazandaran şəhərlərində və başqa ərazilərdə erməniləri məskunlaşdırmağa başlamışdı.

1828-ci il tarixli Türkmənçay və 1829-cu il tarixli Ədirnə müqavilələri ilə başa çatan II Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra işğalçı qoşunların komandanı qraf Paskeviç də eynilə Matyuşkinin etdiklərini təkrarladı, keçmiş İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə İrandan və Türkiyədən ermənilərin köçürülməsi başlandı. Ermənilərin Qərbi Azərbaycana axınından əvvəl yerli müsəlman türklərin əks istiqamətdə köçü baş verirdi. Paskeviçin Rusiyanın xarici işlər naziri qraf Nesselroda 1827-ci il 27 iyun tarixli məktubundan aydın olur ki, həmin ilin birinci yarısında 800 qarapapaq ailəsi İrana, 600 uluxanlı, 300 ayrım və 100 qarapapaq ailəsi isə Qarsa və Bəyazid paşalığına köçmüşdü. Beləliklə, 1800 türk-müsəlman ailə artıq bölgəni tərk etmişdi. Əgər 1831-ci ildəki siyahıyaalmada Vedibasar mahalında 574, Gərnibasar mahalında 753, Zəngibasar mahalında 910 müsəlman ailəsinin qeydə alındığını nəzərə alsaq, bu, (köçürülənlərin sayı – red.) olduqca böyük rəqəm idi. Paskeviçin məktubundan Türkmənçay müqaviləsinə qədər keçən 8 ay ərzində bölgəni nə qədər müsəlmanın tərk etdiyi haqqında məlumat olmasa da, Göyçə qarapapaqlarının əksəriyyətinin Nağı xanın başçılığı ilə İrana getdikləri məlum faktdır.

Hətta 1826-1828-ci illər II Rusiya-İran müharibəsində ölənləri və qaçmağa məcbur olanları nəzərə almasaq, müsəlman türklər bölgədə mütləq üstünlük təşkil edirdilər. Məsələn, 1831-ci ildə İrəvan şəhərində 7331 yerli türk, 2369 yerli erməni qeydə alınmışdı və müsəlmanlar əhalinin 75,58 faizini təşkil edirdilər. Buraya İrandan 366 erməni ailə (1715 nəfər) və Türkiyədən 11 ailə (48 nəfər) köçürüldükdən sonra müsəlman türklərin sayı 63,95 faizə enmişdi.

İşğaldan sonra yeni yaradılan və 1840-cı ilə qədər mövcud olan Erməni vilayətinin mərkəzi olan İrəvan şəhəri intensiv şəkildə erməniləşdirildiyinə görə 1865-ci ildə İrəvan şəhəri əhalisinin cəmi 54,5 faizi türklər idi. 1886-cı ildə artıq türklər şəhər əhalisinin 49,1 faizini, 1897-ci ildə isə 43,1 faizini təşkil edirdilər. Bu azalma sonrakı illərdə də davam etdi. 1914-cü ilin məlumatına görə, İrəvan əhalisinin cəmi 24,4 faizi türk idi. Erməni daşnakların 1918-ci ilin İrəvanda və Qərbi Azərbaycanın digər bölgələrində törətdikləri kütləvi qırğınlar və sağ qalanların qaçması ciddi etnodemoqrafik dəyişikliklərə səbəb oldu.

Ermənistanda sovet hakimiyyəti qurulmasından sonra İrəvan şəhəri paytaxtı olduğuna görə burada güclü urbanizasiya baş verdiyindən türklərin faizlə miqdarı azalmaqda davam edib. 1926-cı ildə onlar İrəvan əhalisinin 7,6, 1931-ci ildə 6,2, 1939-cu ildə 3,3, 1959-cu ildə 0,7, 1979-cu ildə isə cəmi 0,2 faizini təşkil ediblər.

1828-ci ildə İrandan Zəngibasar mahalına 442 erməni ailəsinin (2360 nəfər) köçürülməsi ilə buradakı türk-müsəlman əhalinin sayı 90 faizdən 1831-ci ildə 64,6 faizə enib.

İşğaldan sonra Gərnibasar mahalında İrandan köçürülən 1221 erməni ailəsinin (5359 nəfər) yerləşdirilməsi ilə burada yerli müsəlman əhalinin sayı 1831-ci ildə (753 yerli müsəlman ailə və ya 4176 nəfər) əvvəlki 98 faizdən 43,1 faizədək azalıb.

1831-ci ildə cəmi 2 yerli erməni ailəsinin yaşadığı Vedibasar mahalına İrandan 200 ailənin köçürülməsindən sonra müsəlmanların sayı 76,1 faizə enib.

Qarapapaqlar Göyçə mahalını 1827-ci ildə kütləvi sürətdə tərk etdikdən sonra 1831-ci ildə bu mahalda 999 müsəlman ailəsi (5607 nəfər) və cəmi 15 yerli erməni ailəsi (90 nəfər) qeydə alınmışdı. Müsəlmanlar Göyçə əhalisinin 98,42 faizini təşkil ediblər. Lakin Türkiyədən buraya 1485 erməni ailəsi (8557 nəfər) köçürüldükdən sonra bu rəqəm 39,33 faizə enib.

1831-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında 1001 müsəlman ailəsi (4583 nəfər və ya 94,1 faiz) və cəmi 58 yerli erməni ailəsi (288 nəfər) qeydə alınmışdı və müsəlmanlar mahal əhalisinin 94,1 faizini təşkil etmişdir. Lakin İrandan buraya 507 (2746 nəfər), Türkiyədən isə 8 erməni ailəsi (27 nəfər) köçürüldükdən sonra yerli müsəlman əhalinin sayı 59,24 faizə düşüb.

Müharibədə ölənləri və xanlığın ərazisini tərk edənləri nəzərə almasaq belə 1831-ci ildə İrəvan əyalətində 9196 oturaq müsəlman ailəsi (49 min 875 nəfər) və 1344 köçəri müsəlman ailəsi (7489 nəfər), ümumilikdə 10540 müsəlman ailəsi (57 min 384 nəfər), 3498 erməni ailəsi (20 min 73 nəfər) qeydə alınmışdı. Yerli müsəlman əhali ümumi sakinlərin 74,08 faizini təşkil etmişdi. İrandan 4559 (23 min 568 nəfər), Türkiyədən isə 3674 erməni ailəsinin (21 min 639 nəfər) köçürülməsindən sonra müsəlmanların sayı 49,83 faizə enib.

İşğaldan sonra yerli rus idarəçiliyi müsəlmanları narazı saldığına görə onların İran və Türkiyəyə kütləvi köçü başlayıb. Rus tarixçisi V.Potto yazır ki, Naxçıvan xanlığı və Pəmbək-Şörəyellə birlikdə İrəvan quberniyasını tərk edən və həlak olan müsəlmanların sayı 12,3-13,5 min nəfərə çatırdı.

1830-cu ilin yazında ermənilərin Türkiyədən Rusiya hüdudlarına kütləvi köçü başlandı və iyul ayında pik həddinə çatdı. Rəsmi mənbələrə görə, Rusiyaya 14 min 44 xristian ailəsi (ermənilər və yunanlar) köçmüşdü. Köçürülmə Komitəsinin təxmini hesablamalarına görə, onların sayı 84 min nəfərdən çox idi. Bəziləri bu rəqəmin 100 min nəfərdən çox olduğunu bildiriblər. Türkiyədən köçürülən ermənilər Axalsıx, Tsalka, Şürəyel-Pəmbək və Erməni vilayətində yerləşdirilmişdilər. 1828-1830-cu illərdə İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilər haqqında müxtəlif rəqəmlər mövcuddur. Bu, 150-200 min ətrafında dəyişir.

Professor R.Səfərov 1828-1830-cu illərdə İran və Türkiyədən Cənubi Qafqaza 200 min erməninin köçürüldüyünü və 140 min nəfərin İrəvan quberniyasında yerləşdirildiyini yazır.

Qərbi Azərbaycanın erməniləşdirilməsi XIX əsrin ikinci yarısında da davam etdirilib. Ermənilərin keçmiş İrəvan xanlığına axını 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra daha da güclənib. XIX əsrin 90-cı illərində Türkiyədə dövlətə qarşı baş verən erməni qiyamlarının yatırılmasından sonra daha 400 min erməni Cənubi Qafqaza köçüb. Rus müəllifi N.Şavrov qeyd edir ki, XX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli deyil, köçürülmə olub.

Ermənilərin Qərbi Azərbaycan torpaqlarına kütləvi köçürülməsi ilə yanaşı, bu ərazidə rus yaşayış məntəqələri də yaradılmağa başlandı. İlk rus yaşayış məntəqələri 1840-cı ildə İrəvan quberniyasının Şürəyöl-Pəmbək əyalətində salındı. Artıq 1851-ci ildə İrəvan quberniyasının Aleksandropol və Novobəyazid qəzalarındakı 7 rus kəndində 422 ailə və ya 2520 nəfər rus yaşayırdı. 1850-1852-ci il tarixli kameral təsvirlərə görə quberniyada 3164 nəfər rus yaşayırdı və onların çoxu molokanlar idi. 1873-cü ildə rusların sayı artıq 4525 nəfərə çatmışdı.

Ədirnə müqaviləsindən (1829) sonra Cənubi Qafqaza 1000 yezidi kürdü də köçürülüb və onlar Qərbi Azərbaycanın Azərbaycan kəndlərində məskunlaşdırılıb. Krım müharibəsindən (1853-1856) sonra Osmanlı imperiyasından yezidi kürdlərin İrəvan quberniyasına ikinci axını başlanıb. 1863-cü ildə bölgədə artıq 4 mindən çox yezidi kürd yaşayırdı. 1863-1873-cü illərdə bölgəyə 3 min, 1873-1886-cı illərdə 2 min, XX əsrin əvvəllərində daha 2 min yezidi kürd köçmüşdü. 1873-1886-cı illərdə yezidi kürdlərin yaşadığı kəndlərin sayı 32-dən 52-yə çatmışdı. Yezidi kürdlər əvvəlcə Sürməli qəzasına gəlmiş və oradan başqa ərazilərə yayılmışdılar.

1863-cü ilin statistik məlumatlarına görə, İrəvan quberniyasında 431,1 min nəfər yaşayırdı. Onun 186,2 mini müsəlman (43,17 faiz), 234,9 mini erməni (54,46 faiz), 4,4 mini yezidi kürd (1,02 faiz), 3,2 mini rus (1,32 faiz) idi.

1916-cı ildə müsəlmanlar İrəvan quberniyası əhalisinin 36, 62 faizini (410,2 min) təşkil edirdilər. Ermənilərin sayı isə 688,8 min nəfərə və ya 59,7 faizə çatmışdı. 1916-cı ildə İrəvan quberniyasında 18,1 min yezidi kürdü (1,62 faiz), 16 min rus (1,43 faiz) yaşayırdı. Quberniyanın ümumi əhalisi 1886-cı ildə 670,4 min, 1916-cı ildə isə 1 milyon 120,2 min nəfər idi.

1918-ci ildə erməni daşnakların İrəvanda, Naxçıvanda, Zəngəzurda həyata keçirdiyi qırğınlar Qərbi Azərbaycanın müsəlman-türk əhalisinə dəhşətli faciələr gətirdi. 1921-ci ilin statistik məlumatına əsasən, İrəvan quberniyasının ərazisində müsəlmanların sayı 1918-ci ildəki 418 mindən 99 min 158 nəfərə enmişdi. Bir il ərzində daha 70 min nəfər də öz ata-baba yurdlarına qayıtmış və onların sayı 169 min 951 nəfərə çatmışdı. Beləliklə, İrəvan quberniyasında müsəlmanların sayı 313 min 503 nəfər azalmışdı.

1948-1951-ci illərdə sovet hökuməti Qərbi Azərbaycanın müsəlman əhalisinin böyük hissəsini Kür-Araz ovalığına faktiki oklaraq sürgün etdi. 1988-ci ildə erməni millətçilərinin SSRİ Mərkəzi hökumətinin dəstəyi, eyni zamanda, himayədarlığı ilə Dağlıq Qarabağ ətrafında başladıqları münaqişə və müharibə nəticəsində sonuncu azərbaycanlılar da Qərbi Azərbaycandan qovuldu. 160 illik dirənişdən sonra Azərbaycan türkləri tarixi vətənlərini itirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb