Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi azərbaycanlı: Vaxt gələcək indi uzaqdan baxdığımız tarixi torpaqlarımıza qovuşacağıq

Qazax, 27 mart, Vüsalə Cənnətova, AZƏRTAC

Qərbi Azərbaycanın öz əzəli sahiblərindən ayrı salınan kəndlərindən biri də Ləmbəli kəndidir. Keçmiş Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana rayonunda, Tona çayının sağ tərəfində yerləşən kənddə 1948-1953-cü illərdə baş verən deportasiyaya qədər ancaq onun əzəli sahibləri, yəni azərbaycanlılar yaşayıblar. Onlardan biri də Yusubovlar ailəsi olub. 1941-ci ildə bu ailədə dünyaya göz açan İdris Yusubov ömrünün müxtəlif çağlarında tarixi hadisələrə şahidlik edib.

Xatirələrini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən İdris müəllim Ləmbəlidə zəhmətkeş ailədə boya-başa çatıb. “Uşaqlığım həm maraqlı, həm də ağrılı anlarla yadımda qalıb. Dostlarımla gözəl təbiətə malik, dərəli-təpəli, dağlı-düzlü, münbit torpaqlı kəndimizin hər qarışını gəzirdik. Yayı yay, qışı qış kimi yaşayırdıq. Ləlvar dağına, Çubuqlu dağına yaylağa çıxırdıq, şəfalı otlar toplayırdıq. O günlər əvəzedilməz idi. Sonradan qayğısız günlərimə son qoyuldu. 1948-53-cü illərdə Ləmbəlinin digər sakinləri kimi bizim ailə də deportasiyanın qurbanına çevrildi”, - deyən İdris Yusubov bildirir ki, o zaman kəndin azərbaycanlı əhalisi iradələrinin əksinə olaraq, zorla doğma yurdlarından çıxarılıb. Üstəlik bu, Ləmbəli sakinlərinin birinci belə sınağı olmayıb.

“Ləmbəlilər erməni zülmünü 1918-ci ildə də görüblər. XX əsrin 30-cu illərində kənd əhalisi repressiyaya da məruz qalıb. 1949-cu ildə isə insanların bir hissəsi Basarkeçər rayonunun kəndlərinə, bizim ailənin də daxil olduğu digər hissəsi Gürcüstan ərazisində əhalisi azərbaycanlılardan ibarət Qaraçöp qəsəbəsinə göndərilib. Az müddət sonra geri qayıdib, Ayrım stansiyasında bir ay zülmlərə tab gətirərək vaqonlarda yaşadıq”, - deyən müsahibim onu da bildirir ki, həmin vaxtlarda kənddə zeytun sovxozu yaradılıb, xaricdən köçürülüb gətirilən ermənilər Ləmbəlidə azərbaycanlılara məxsus evlərdə yerləşdirilib. Uzun mübarizədən sonra deportasiya edilən ləmbəlilərin əksəriyyəti doğma kəndlərinə qayıda biliblər. “Kəndimizdə qədim qəbiristanlığımız var idi, orada 13-cü, 18-ci, 19-cü əsrlərə aid qəbirlər görmüşdük. Ermənilər həmin qəbiristanlığı yerlə-yeksan edib, yerində şərab zavodu tikdilər. Eşitdik ki, qəbir daşlarını da zavodun bünövrəsinə töküblər. Evlərimizi zəbt etmişdilər. Bizə ancaq köhnə qəbiristanlığın yerində yaşaya biləcəyimiz bildirilmişdi. Naçar qalan əhali yerdən damlar qaraldıb, içinə girirdi. Sonradan zəhmətlə tikdiyimiz evlər də mənfurlara qaldı”, - deyə İdris Yusubov qeyd edir.

Qərbi azərbaycanlı uşaq yaşlarında doğma məktəbindən də ayrı salınıb. “Rahat məktəbimizi ermənilər bizdən aldılar. Bizə isə həmkəndçimizin evində məktəb qurmuşdular. Balaca və şəraitsiz məkanda 3 növbə dərs keçirdik. Sonralar yeni məktəb binası tikildi, amma orda da balalarımız sonunacan təhsil ala bilmədilər. Hər dəfə Novruz bayramı gələndə ata yurdumun nisgili içimi daha çox sızladır. Orada Novruzu bütün adət-ənənələrinə uyğun, çox gözəl keçirirdik. Toylarımız bir həftə çəkirdi”, - deyən həmsöhbətim o günləri gözünün önündə canlandırıb ah çəkir.

Ləmbəlidə əhalinin əsasən heyvandarlıq və meyvəçiliklə məşğul olduğnu vurğulayan İdris Yusubov insanların öz yaşayışını zəhmətləri hesabına təmin etdiklərini dilə gətirir. “Şaftalı bağları var idi, barını Allahverdi rayonuna satmağa aparırdıq. Orda ermənilər söz atırdılar ki, sizin yeriniz bura deyil, əvvəl-axır burdan gedəcəksiniz. 1988-ci ilin qış aylarında təzyiqlər daha da artdı. Azərbaycanlılardan yurdlarını tərk etmələrini istəyirdilər. Kəndə gələn suyu, işığı kəsmişdilər, çörək, ərzaq satılmırdı. Gürcüstanın Sadaxlı kəndindən azərbaycanlılar bizə çörək gətirirdilər”, - deyə müsahibim bildirir.

Onun sözlərinə görə, kəndin əhalisi təzyiqlərə tab gətirib, oranı tərk etməmək üçün əlindən gələni etsə də, sonda vəziyyətin çox təhlükəli hal alması onları buna məcbur edib. “Ləmbəliyə hücum çəkən əli silahlı daşnaklar evləri, ot tayalarını yandırırdılar, insanları döyürdülər. Qardaşımı döymüşdülər, az qalmışdı gözü kor ola. Sonra uzun müddətli müalicə ilə sağaldı. Kəndimizdəki ermənilər də daşnaklara qoşulmuşdular, əllərində silahlarla azərbaycanlılara hücum çəkirdilər. İnsanlar məcbur qalıb, Borçalıya, Qazaxa üz tutdular”, - deyə Qərbi azərbaycanlı söyləyir.

İdris Yusubov bildirir ki, illər keçməsinə baxmayaraq, Ləmbəli onun əzəli sahiblərinin qəlbində ata yurdu olaraq ən əziz yeri tutur. “Sadaxlıdan baxanda kəndimizi görmək mümkündür. Oraya uzaqdan baxmaq çox ağır gəlir. İnanıram ki, vaxt gələcək indi uzaqdan baxdığımız tarixi torpaqlarımıza, dədə-baba yurdumuza layiqli şəkildə qayıdıb, qovuşacağıq”, - deyə İdris Yusubov böyük inamla söyləyir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır