CƏMİYYƏT
Qırğızıstanda TDT-yə üzv ölkələr üçün Beynəlxalq Könüllülər Məktəbi təşkil olunub
Astana, 14 avqust, AZƏRTAC
Qırğızıstan Respublikasının Çuy vilayətində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdən olan gənc könüllülər üçün Beynəlxalq Məktəb təşkil olunub.
AZƏRTAC-ın Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkmənistan və Özbəkistandan təxminən 100-ə qədər könüllü iştirak edir.
Tədbirə könüllülər təşkilatlarının nümayəndələri, dövlət qurumları və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beynəlxalq və qeyri-hökumət təşkilatlarının gəncləri də cəlb olunub.
Məktəb beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və könüllülük sahəsində qabaqcıl təcrübələrin mübadiləsi üçün böyük imkanlar yaradır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana