Qızbəsti Quliyeva: Təqaüdlərin artırılması tələbələrin maddi çətinliklərinin həlli baxımından atılan mühüm addımdır
Naxçıvan, 1 mart, AZƏRTAC
Ölkəmizdə hər zaman gənclərin sosial problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə doktorantların, ali və orta təhsil müəssisələrində bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdünün artırılması da gənclərə göstərilən qayğının növbəti təzahürüdür.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin jurnalistika ixtisasının I kurs tələbəsi Qızbəsti Quliyeva deyib.
“Prezidentin Sərəncamı ilə təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin artırılması onların üzləşdiyi maddi çətinliklərin həlli istiqamətində atılan mühüm addımdır” - deyən Qızbəsti Quliyeva dövlətimizin başçısına minnətdarlığını bildirib.