Qızıl medal sahibi olan Azərbaycan güləşçisi: Yarışa çox yaxşı hazırlaşmışdıq
Gəncə, 4 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Biz bu yarışa çox yaxşı hazırlaşmışdıq. Qələbəmiz də yaxşı oldu. Yarış çox yüksək səviyyədə keçirildi. Azarkeşlərin dəstəyi də mənə böyük ruh yüksəkliyi verirdi.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə III MDB Oyunları çərçivəsində keçirilən güləş yarışlarının ikinci günündə qalib gələrək qızıl medal qazanan Azərbaycan güləşçisi Rəvan Həsənov (48 kiloqram) bildirib.
İdmançı məqsədinin gələcək yarışlarda daha yaxşı nəticə əldə etmək olduğunu açıqlayıb. "Görüşlər və rəqiblər çətin idi. İkinci görüşümdə özbəkistanlı rəqibim məni üstələyirdi, sonda mən qalib gəldim. Üçüncü görüşümdə isə rus idmançı Avropa çempionu idi. Ona da qalib gəldim. Ən sonda isə Belarus idmançısından üstün oldum. Qələbələrimin sayının çox olmasını istəyirəm", - deyə Rəvan Həsənov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:41]
Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb
- 07.08.2026 [15:19]