İDMAN
Qodzo Ryu Okinava Karate-do üzrə açıq Bakı çempionatına start verilib
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Qodzo Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Növləri Federasiyasının, Azərbaycan Kempo-Kenpo Döyüş İdman Klubunun təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Şurasının dəstəyi ilə açıq Bakı çempionatına start verilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda 300-ə yaxın idmançı iştirak edir. Yarışlar kempo pro, kempo full, submişn və nogi növləri üzrə keçirilir. Yarış bütün yaş və çəki dərəcələri üzrə təşkil edilib. Qalib gələn idmançılar respublika çempionatına vəsiqə qazanacaqlar. Respublika çempionatının qalibi olacaq idmançılar isə yığma komandanın tərkibində dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]